13.09.2019 04:31
Şirvan Dövlət Rəsm Qalereyası əlilliyi olan şəxslərin yaradıcılığının dəstəklənməsi məqsədilə yeniyetmə şəhər sakini, nitq qüsurlu əlil Nərmin Əhədovanın fərdi sərgisini təşkil edib.
Sərgidə müəllifin 20-dən artıq əl işi nümayiş olunub. Sulu boya və quaşla kağız üzərində çəkilmiş reallıqdan kənar obrazların təsvir olunduğu rəsmlər iştirakçıların daha çox diqqətini cəlb edib.
Sərginin açılışında çıxış edənlər Nərmin Əhədovanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda gənc rəssama Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil edilən sərgilərdə fəal iştirakına görə fəxri fərman təqdim olunub.