Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
535

III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.

Seçim komissiyası 58 müxtəlif ölkədən 433 müraciətə baxaraq 146 əsəri müsabiqə proqramına daxil edib. Festivalda eyrli və beynəlxalq 13 kateqoriya var. İştirakçıların tam siyahısı festivalın rəsmi saytında dərc olunub: www.animafilm.az

“Bu il ən çox müraciət yenə ABŞ-dan daxil olub. İngiltərə, Kanada və Fransa həmişəki kimi aktiv olublar. Müraciətlərin sayı ötən ilə nisbətən iki dəfə artıb. Həmçinin, Azərbaycandan bu il müsabiqəyə 20-yə yaxın film, 40-a yaxın ssenari göndərilib. Bu, çox sevindiricidir və onu göstərir ki, Azərbaycanda animasiya kinosu dirçəlməyə başlayır”, – bu sözləri festivalın direktoru Rəşid Ağamalıyev deyib.

Bütün seçilmiş filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2020-ci ilin oktyabrın 18-də III ANİMAFİLM festivalının bağlanış mərasimidə elan olunacaq.

Xatırladaq ki, builki ANİMAFİLM-in milli kateqoriyalarının qaliblərini möhtəşəm mükafatlar gözləyir. ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə yeni mükafat təsis edib. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaqdır. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən qarşılanacaq. ANİMAFİLM festivalı "Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi" kateqoriyası üzrə qalibə də yeni mükafat təqdim etmək üçün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edir. Builki ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq.

Xatırladaq ki, III ANİMAFİLM festivalı oktyabrın 14-dən 18-dək Bakı şəhərində keçiriləcək. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunub. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Nizami” Kino Mərkəzi, “Mücrü” nəşriyyatı, Barat Abdullayev və digər tərəfdaş və sponsorların dəstəyi ilə keçiriləcək.

 

XƏBƏRLƏR

18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb
15.09.2020 10:49
Dövlət Rəsm Qalereyası tərəfindən növbəti onlayn sərgi - “Öncə Vətəndir”
15.09.2020 09:08
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
14.09.2020 18:15
Uşaqlar və böyüklər üçün nəzərdə tutulan ustad dərsləri keçiriləcək
14.09.2020 12:36
Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib
14.09.2020 10:48
Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsi davam edir
14.09.2020 10:27
“Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
13.09.2020 10:29
Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir