Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
325

Respublika Gənclər Kitabxanasının canlı yayımları davam edir

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovla keçirilib.

Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən görüşə1500-dən çox izləyici qatılıb. Qonaq ilk növbədə son günlər Azərbaycanın Tovuz ərazisində respublikanın müstəqilliyi, ərazi bütövlüyü naminə aparılan döyüşlərdə həlak olunmuş şahidlərimizin xatirəsini yad edərək, ailələrinə səbir diləyib.

O, pandemiya dövründə insanların rastlaşdıqları problemləri qruplara bölərək çox izahlı şəkildə təsvir edib və problemlərin aradan qaldırılması yollarını izləyicilərin diqqətinə çatdırıb. Həmçinin qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, insanların kiçik xoşbəxtliklərdən zövq almağı bacarmalarından söhbət açıb. Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın əməkdaşı Günay Həsənovanın da suallarını cavablandırıb.

Canlı yayım zamanı mütaliə mövzusuna geniş yer verilib, qonaq istifadəçilərə “Qobustanamə”, “Kəlilə və Dimnə”, fərdi inkişaf üçün Viktor Franklın “Həyata hə demək” və s. bu kimi kitabları oxumağı tövsiyə edib.

Canlı yayım zamanı müsahib rəhbərlik etdiyi Psixologiya Elmi Tədqiqat İnstitutunun fəaliyyətindən də danışıb, burada tam təmannasız olaraq əhaliyə təqdim edilən “Qaynar xətt” xidməti haqqında məlumat verib.

Sonda qonaq Elnur Rüstəmov bu cür canlı yayımların keçirilməsi zəruriyyətini vurğulayıb Respublika Gənclər Kitabxanasına və izləyicilərə öz minnətdarlığını bildirib.

İstifadəçilər Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CCl5D3pCLbn/ linkı vasitəsilə baxa bilərlər.

Respublika Gənclər Kitabxanasının əməkdaşları Elnur Rüstəmov haqqında videoçarx hazırlayıblar, bu materiallar kitabxananın “İnstagram” səhifəsinin https://www.instagram.com/p/CCjFRfVBPJ_/ linki altında yerləşdirilib.

XƏBƏRLƏR

04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb
22.07.2020 14:07
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir