Hindistanın Azərbaycandakı səfiri Vanlalvana Bavitlunq İsmayıllıda keçirilən mədəniyyət tədbirində iştirak edib
Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vanlalvana Bavitlunq İsmayıllı rayonuna səfər etmişdir. Səfər çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə qonaqlara Mədəniyyət Mərkəzinin foyesində “Niyal” instrumental qrupunun hazırladığı konsert proqramı nümayiş etdirilmişdir.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, icra hakimiyyətinin əməkdaşları, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və idarənin əməkdaşları, habelə rayonun mədəniyyət işçiləri, Hindistanın Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi “Texniki Əməkdaşlıq Proqramı” vasitəsilə ölkəmizə Hindistandan dəvət olunmuş ekspertlər və digər qonaqlar iştirak etmişdir.
Konsert proqramı səfir Vanlalvana Bavitlunq və digər qonaqlar tərfindən maraqla qarşılanmışdır.