Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində və “Gənc pianoçuların IV Respublika müsabiqəsi”ndə uğur qazanmış şagirdlərə nazirliyin fəxri fərman, diplom və hədiyyələrinin təqdimatı keçirildi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev hər iki müsabiqədə iştirak edən və uğur qazanmış idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Samux, Kəlbəcər rayonlarının uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirləri təbrik etdi və onlara daha böyük uğurlar qazanmağı arzuladı.
Regional idarənin rəisi həmçinin müsabiqələrdə iştirak edən şagirdlərin təhsil aldıqları uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə, müəllimlərinə və valideyinlərə öz minnətdarlığını bildirdi.
Sonra şagirdlərə fəxri fərmanlar, diplom və hədiyyələr təqdim olundu.