Füzuli Dövlət Dram Teatrı Müəllimlər günü münasibətilə “Nənənin kələyi” əsərini tamaşaçılara nümayiş etdirib
1750
05.10.2018
05.10.2018 04:13
Füzuli Dövlət Dram Teatrı 5 oktyabr - Müəllimlər günü münasibətilə Horadiz şəhər Muğam mərkəzində 2018-ci ilin repertuarında olan Əli Orucoğlunun "Nənənin kələyi” əsəri ilə tamaşaçılar qarşısına çıxıb.
Tamaşa bayram ərəfəsində bütün müəllim kollektivi və gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Sevinc Məmmədova, Sehran Xanlarov, Elşən Gözəlov, Qaçaq Qarayev və başqaları çıxış edir.