Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
492

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

Unudulmaz Xalq şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.

Bu fikirlər Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar fevralın 13-də onun anadan olduğu Şəki şəhərində keçirilən xatirə tədbirində səsləndirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İ.Nakam adına mərkəzi kitabxanasında keçirilən “Poeziyamızın Bəxtiyarı” adlı tədbirdə mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, poeziya həvəskarları iştirak ediblər.

Xatirə tədbirində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, qüdrətli söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Şair azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Tədbirdə Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, MKS-nin direktoru Seyid Vahabov və 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, Xalq şairi ilə bağlı ən xoş xatirələrini səsləndiriblər. Bildirilib ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə bağlı bir insan idi, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Yaratdığı əsərlərdə Şəkiyə xas kolorit, düşüncə özünü aydın göstərirdi.

Qeyd olunub ki, şairin əbədiyyətə qovuşmasından 11 il vaxt keçsə də, işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində həmişə yaşayacaq.

 

AZƏRTAC

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır