05.12.2019 10:23
Dekabrın 4-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilmiş “Həqq söylərəm” tamaşasının nümayişi olub.
Cəlilabad Mədəniyyət Mərkəzinin Xalq Teatrının kollektivi tərəfindən hazırlanan tamaşa Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunub.