Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1089

“Avtoportret” sənədli filminin təqdimatı keçirildi

Aprelin 20-də Nizami Kino Mərkəzində “Avtoportret” sənədli filminin təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunan ekran əsəri görkəmli rəssam, Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun (1916-1998) həyat və yaradıcılıq yoluna həsr edilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini vəzifəsini icra edən Ədalət Vəliyev XX əsr Azərbaycan rəssamlığının inkişafında böyük xidmətləri olan rəssamın həyat və yaradıcılığı haqqında ətraflı söz açdı. Bildirdi ki, şərəfli ömür yolu keçən fırça ustası Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib və 1956-1965-ci illərdə təhsil ocağının direktoru işləyib. Bu təhsil ocağında təkcə ölkəmizdə deyil, dünyaca məşhur rəssamlarımızın bir çoxu Əyyub müəllimdən də dərs alıb. Sənətkarın 90 və 100 illik yubileyləri nazirlik tərəfindən qeyd olunub, fərdi sərgiləri təşkil edilib.

Filmin əhəmiyyətindən danışan Ədalət Vəliyev qeyd etdi ki, sənət adamlarının həyat yoluna həsr edilən ekran əsərləri yaradıcı şəxsiyyətlərin xatirəsinə ehtiramla yanaşı, dövlətin mədəniyyətimizə diqqətinin göstəricisidir. Belə filmlər gələcək nəsil üçün bir tarixdir. Vurğulandı ki, Ə.Hüseynovun sənəti tələbələrinin, ən başlıcası isə iki oğlunun örnəyində davam etdirilir. 

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ə.Hüseynovun müəllim kimi gözəl keyfiyyətlərindən bəhs etdi. Bildirdi ki, o, həmkarlarının və tələbələrinin yaddaşında xoş xatirələrlə, yaradıcılıq uğurları ilə qalıb. Əyyub müəllim sənətkarlıqdan öncə səmimi insan, təvazökar ziyalı idi. 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev də Ə.Hüseynovun müəllim kimi gözəl keyfiyyətlərindən və yaradıcılığından bəhs etdi. Bildirdi ki, fırça ustası müxtəlif janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalıb, onun bütün imkanlarından istifadə edərək həyat gerçəklərini uğurlu sənət əsərlərinə çevirə bilib.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Filmin ssenari müəllifi və rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev çıxış edərək ekran əsəri üzərində işlədiyi zaman rəssamın həyatı ilə bağlı qarşılaşdığı maraqlı faktları tədbir iştirakçıları ilə bölüşdü.

Rəssamın oğlu İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Elnur Hüseynov çıxış edərək dövlətimizin mədəniyyət sahəsinə, o cümlədən rəssamlığa göstərdiyi diqqət və qayğıdan söz açdı. Filmin çəkilişinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Atasının sənətinə, şəxsiyyətinə dövlət tərəfindən verilən qiymətə, onun irsinin qorunmasına göstərilən qayğıya görə minnətdarlığını ifadə etdi.

Çıxışlardan sonra “Avtoportret” sənədli filmi təqdim edildi. Filmin operatoru Rövşən Quliyev, prodüseri Qafar Məcidovdur.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib