Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2729

“Ardı yaşanılır” sənədli filminin təqdimatı keçirildi

Yanvarın 31-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Ardı yaşanılır” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.

Film Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və həyat yoldaşı, görkəmli musiqişünas alim AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərovanın 80 illik yubileylərinə həsr olunub.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət nümayəndələri, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.

Əvvəlcə qonaqlar mərkəzin foyesində yubilyarların ömür yolu və yaradıcılığından bəhs edən müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış oldular.

Gecənin aparıcısı Nərgiz Cəlilova bildirdi ki, bu il Anar müəllimlə Zemfira xanımın 80 yaşı tamam olur. Mart ayında görkəmli yazıçının 80 illik yubileyi qeyd ediləcək. Bu əlamətdar hadisələr fonunda isə onların həyatından bəhs edən çox maraqlı bir film ərsəyə gəlib.

Filmin yaradıcı heyəti haqqında məlumat verən aparıcı diqqətə çatdırdı ki, ekran əsərinin ideyası və ssenari müəllifi Günel Anarqızına məxsusdur. Filmin rejissoru Gülər Həsənli, bəstəkarı Vaqif Gərayzadədir.  

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, gecənin qəhrəmanları Azərbaycan mədəniyyətinə parlaq səhifələr bəxş etmiş insanlardır: “Anar müəllimin və Zemfira xanımın ailəsi ölkəmizin mədəniyyət və incəsənət tarixinə, elminə böyük töhfə verib. Bu ailə gənc nəsillərə örnəkdir. Onların yaradıcılıq mühiti, əsərləri, kitabları, elmi araşdırmaları bizim elmi-ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. Hər bir böyük ziyalının özünəməxsus dünyası, fərqli düşüncələri, münasibətləri var. Film vasitəsilə ötürülən mesajlar gənc nəslin tərbiyələnməsində, cəmiyyətə münasibətinin formalaşmasında mühüm amildir. Əslində, bir ziyalı ailənin həyat tərzi, bir-birini anlaması, övladlarının tərbiyəsi kimi məsələlərin cəmiyyətə nümayişi onların yaradıcılıq məhsulları olan kitablar, monoqrafiyalar qədər vacibdir. Saf ailə mühitinin, ənənələrin qorunması, ziyalıların bir-birinə dəstək verməsi və bunun nəticəsində Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən töhfə ölçüyəgəlməzdir. Məntiqi nəticə kimi filmin ssenari müəllifi, bu mühitdə formalaşmış Günel xanımı nümunə göstərə bilərik. Hesab edirəm ki, hər bir Azərbaycan ziyalısı, yaradıcı insan bu amili qorumalıdır. Belə nümunəvi Azərbaycan ailəsi gənc nəslə örnək və yolgöstərən mayakdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək filmin qəhrəmanlarını təbrik etdi. Diqqətə çatdırdı ki, hər bir xoşbəxt ailə özünəməxsusluğu ilə seçilir: “Deyirlər ki, ailənin təməlinin əsası düzgün həyat yoldaşı seçməkdən başlayır. Ancaq ailədə sədaqət, fədakarlıq, inam, hörmət, düzgünlük, sevgi yoxdursa, o ailədə xoşbəxtlik anlayışından danışmağa dəyməz.  Bu mənada, yazıçı Anar və musiqişünas Zemfira xanımın özünəməxsus ailə platforması var. Daim axtarışda olan, yazıb-yaradan cütlük qarşılıqlı sevgi və hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat sürürlər. Əlbəttə ki, burada ailə kökləri, gen yaddaşı böyük rol oynayır. Onlar yüksək və zəngin ənənələrə malik ziyalı nəslinin davamçılarıdır. Onların ailə prioritetləri sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə yanaşmaq, uşaqlarının tərbiyəsində ortaq fikirlərə sahib olmaq prinsipinə söykənir. Bu mühitdə böyüyüb-başa çatan uşaqlar, əlbəttə ki, valideynlərinə layiq olmalıdırlar. Biz bunu cütlüyün tərbiyə etdikləri övladlarının nümunəsində görürük. Bir-birinə mənəvi dəstək olan bu insanların övladları xalqımızın tanınmış şəxsiyyətlərindəndir. Buna görə də gənc yazıçı, publisist Günel xanımın təqdim etdiyi sənədli film iki məna daşıyır. Birincisi, valideynləri qarşısında mənəvi borcu yerinə yetirmək, ikincisi isə gələcək nəsilləri örnək ailələrlə tanış etməkdir”.

Hicran Hüseynova çıxışının sonunda ümummilli lider Heydər Əliyevin Anarla bağlı fikirlərini yada saldı: “Nigar Rəfibəyli öz həyat yoldaşı Rəsul Rza ilə birgə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Məmnunam ki, onların övladı, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”.

Daha sonra “Ardı yaşanılır” sənədli filmi nümayiş olundu. Gecənin iştirakçıları Xalq yazıçısı Anar və həyat yoldaşı Zemfira xanımın uşaqlıq illərinə, köhnə Bakının mədəniyyət ocaqlarının tarixinə, görkəmli sənət adamları ilə bağlı unudulmaz xatirələrə və 55 illik birgə həyatın acılı-şirinli günlərinə səyahət etdilər.

XƏBƏRLƏR

17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib