Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
878

“Mədəni gənclik” layihəsi çərçivəsində tələbələr “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını izləyiblər

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən “Mədəni gənclik” adlı yeni layihə həyata keçirilir. Layihə çərçivəsində mayın 12-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında M.F.Axunzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirildi.

Tamaşadan öncə çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova layihə haqqında məlumat verdi. Qeyd etdi ki, məqsəd gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, bir sözlə, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

Bildirildi ki, layihə çərçivəsində ilk olaraq Bakı Dövlət Universitetinin tələbələri may-iyun ayları ərzində beş mədəniyyət ocağında tamaşa və konsertlərə baxmaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər: “Gənclər həm də, sadəcə, baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı qazanacaqlar. Hətta istəsələr, baxdıqları tamaşalar haqqında məqalə də yazacaqlar. Yazıların dərc olunmasını isə “Mədəniyyət” qəzeti və “Teatro.az” sənət portalı öz üzərinə götürüb”.

Daha sonra tamaşa nümayiş olundu.

Tələbələr məşhur səhnə əsərini maraqla izləyirdilər. Zalda tez-tez gülüş səsləri, alqışlar eşidilirdi.

Parisli botanik müsyö Jordanın Qarabağa – Hətəmxan ağaya qonaq gəlməsi, burada böyük qonaqpərvərlik görməsi, Qarabağın florasını öyrənməsi, xanın qardaşı oğlu gənc Şahbaz bəyin elmə maraq göstərməsi, müsyö Jordanın onu özü ilə Parisə aparmaq istəməsi, Hətəmxan ağanın həyat yoldaşı Şəhrəbanu xanım və qızı – Şahbaz bəy nişanlısı Şərəfnisənin buna qəti şəkildə qarşı çıxması, Şahbazın Fransaya getməsini əngəlləmək üçün qulluqçu Xanpərinin vasitəçiliyi ilə iranlı cadugərin (dərviş Məstəli şah) köməyə çağırılması komediyanın əsas süjet xəttini təşkil edir.

Tələbələrin sevərək izlədiyi tamaşanın quruluşçu rejissoru, Xalq artisti Aleksandr Şarovskidir. Əsas rolları Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Natalya Şarovskaya, Fuad Osmanov, Əməkdar artistlər Salman Bayramov, Həcər Ağayeva, Murad Məmmədov, Milana Sokolenko, İnna İmranova və digərləri ifa edirlər.

Qeyd edək ki, layihəyə könüllü qoşulan tələbələr may-iyun ayları Azərbaycan Dövlət Akademik Milli Dram, Akademik Opera və Balet, Akademik Musiqili, Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə baxmaq imkanı əldə edəcəklər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb