Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6762

“Xarıbülbül” festivalında ölkəmizin folklor kollektivləri səhnəyə çıxıb

Mayın 14-də Şuşada başlayan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı rəngarəng proqramla davam edir. Festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə gerçəkləşir.

Mayın 14-də Cıdır düzündəki böyük səhnədə ölkəmizin folklor kollektivlərinin konserti keçirildi. Konserti tamaşaçıları arasında dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri var idi.

Konsertdə “Qorqud” folklor ansamblı (Bakı), xanəndə Rəvan Qaçayev, “Halay” xalq folklor qrupu (Masallı), “Nənələr” ingiloy folklor qrupu (Balakən), “Adıgün” axıska türklərinin folklor qrupu (Saatlı), aşıq Elman Talıstanlı (İsmayıllı), “Cahan” avar folklor qrupu (Balakən), “Çeşmə” folklor ansamblı və “Hudulki” avar rəqs qrupu (Zaqatala) bir-birindən rəngarəng ifaları ilə çıxış etdilər.

Kollektivlərin ifasında “Lolo”, “Ləli”, “Halay”, “Şuşanın dağları”, “Çərkəz” rəqsləri, “Nonon bay” mahnısı, “Ordubadi”, “Şirvan gözəlləməsi” aşıq havaları, “Ey vətən! Süsən gülü” aşıq mahnısı, avar xalq rəqsi, digər mahnılar və rəqslər alqışlarla qarşılandı.

Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. 1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Festivalda Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qrupları iştirak ediblər. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyətə görə əsas konsertlər Ağdamda təşkil edilib. 1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən nümayəndələr qatılıb. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci ilin mayında keçirilməli idi. Dünyanın 30-dan çox ölkəsindən qonaqlar dəvət edilmişdi. Həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndən sonra təşkilat komitəsi festivalı ləğv etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra, 2021-ci ilin mayında “Xarıbülbül” festivalı yenidən əzəli məkanına – Şuşaya qayıtdı. Yağıdan qurtulan qala-şəhərimizdə ilk festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşdi. Bu il isə “Xarıbülbül” sənət şöləni yenidən beynəlxalq folklor festivalı formatında davam edir.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!