Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1018

“Xarıbülbül” festivalında Pakistan və Özbəkistanın rəqs qrupları çıxış edib

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən Şuşada təşkil olunan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.

Mayın 13-də Üzeyir Hacıbəylinin heykəlinin qarşısındakı kiçik səhnədə festivalın ikinci gününün yekun konserti keçirildi.

Konsertdə “Pakistan rəngləri” (“Colors of Pakistan”) qrupu və Özbəkistanın “Bahar” Dövlət Rəqs Ansamblının çıxışları təqdim olundu.

Konserti izləyən tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı.

Proqramda çıxışçılar Pakistan təmsilçiləri tərəfindən “Sind”, “Balochistan”, “Pashtun KPK”, “Gilgit”, “Punjab”, “Bayot” rəqsilərini təqdim etdi. “Bahar” ansamblı isə özbək ənənəvi musiqisi, “Katta oyin”, “Kongil taroniyası”, “Pilla”, “Ləzgi” Xarəzm, “Larzon” buxara, və “Fərqanənin rübaisi” rəqslərini ifa etdi.

Bütün çıxışlar gur alqışlarla qarşılandı.

Qeyd edək ki, “Colors of Pakistan” qrupu əsasən ölkənin Pəncab, Sindh, Puştun, Bəlucistan və Gilgit daxil olmaqla müxtəlif bölgələrinin xalq rəqslərini yüksək professionallıqla təqdim edir. Beş çayın vətəni olan Pəncab cəsur, qonaqpərvər xalqı, coşqun bayramları və şənlikləri ilə tanınır. Sindh sülh, sevgi, romantika, böyük mədəni və bədii dəyərlərin vətənidir. Puştun şimal-qərbi Pakistan torpaqlarıdır. Puştun mədəniyyəti qədim həyat tərzi olan Paştunvaliyə əsaslanır. Bəluçistan da özünəxas bayramları ilə məşhurdur. Gilgit isə çoxşaxəli mədəniyyətə, etnik qruplara ev sahibliyi edir. Mədəniyyətlərin bu çoxluğu Gilgitin strateji yerləşməsi ilə əlaqədardır. Ənənəvi “Gilgit” rəqsi “Hareep” kimi də tanınır.

Özbəkistanın “Bahar” Dövlət Rəqs Ansamblı 1957-ci ildə yaradılıb. Qurucusu, bədii rəhbəri və baş xoreoqrafı SSRİ Xalq artisti Mükərrəm Turğunbayeva olub, hazırda onun adını daşıyır. Ansamblın bədii rəhbəri və baş xoreoqrafı Özbəkistanın Əməkdar artisti, Qaraqalpaqıstanın Xalq artisti Ziyoda Mədrəximovadır. Musiqi rəhbəri Özbəkistanın Əməkdar artisti Məhəmmədcan Şakirovdur. Ansamblın repertuarında 200-dən çox rəqs var. “Bahar” ansamblının repertuarı müasir özbək rəqsinin nailiyyətləri ilə özbək xalqının çoxəsrlik ənənəvi rəqs mədəniyyətini birləşdirir. Kollektiv tarixi, etnoqrafik və müasir xalq rəqsləri əsasında yeni məzmunlu səhnə rəqsləri yaradıb.

Xatırladaq ki, festivalda 10 xarici ölkədən müxtəlif folklor üslubları üzrə musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edir. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatacaq.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb