Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1427

Dünyanın ən uzun mədəniyyət gecəsi geri qayıdır

Muzeydə gecə 2022 (Muzeylərin gücü)

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən Beynəlxalq muzeylər günü çərçivəsində May ayının 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində tamaşaçılara müxtəlif multimedia layihələri təqdim ediləcək.

Builki Beynəlxalq Muzeylər Günü muzeylərin potensialını üç əsas istiqamətdə -dayanıqlı inkişaf, rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyaların gücü, təhsil vasitəsilə icma qurmağı hədəfləyir. Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində aparıcı rola malik fiqurlar kimi müxtəlif məqsədlərə, o cümlədən sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2 illik fasilədən sonra ənənəvi beynəlxalq “Muzeydə Gecə” aksiyası geri qayıdaraq yeni reallıq və rəqəmsal texnologiyalar formatında baş tutacaq. Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva və digər müəlliflərin multimedia instalyasiyaları, rəqəmsal layihələri, davamlı inkişaf və gender mövzularında əsərləri təqdim ediləcək.

Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin konserti keçiriləcək. Həmçinin muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli dünyasının bütövlükdə instalyasiyaya çevrildiyi proqram şəhərimizin sakinləri və qonaqlara təqdim ediləcək.   

 

Müasir texnologiyaların imkanları geniş auditoriya tərəfindən muzey eksponatlarının öyrənilməsini daha qeyri-adi və maraqlı edir.  Bununla əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin ən aparıcı muzeylərindən biri olaraq ictimaiyyəti tarixin müxtəlif dövrlərini əks etdirən zəngin muzey kolleksiyasına ən yeni multimedia texnologiyaları, müasir forma və innovativ konseptlər vasitəsi ilə maraqlı bir gecəyə səyahətə dəvət edir.

Hər kəsə həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan muzeylər intellektual vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir.

Könül Rəfiyevanın kuratorluq etdiyi Azərbaycan-İsveç art dialoqu multimedia layihəsini təqdim edən İsveçin Azərbaycandakı Səfirliyi “Muzeydə gecə” layihəsinin də əsas tərəfdaşıdır.

“Muzeydə gecə-2022” multimedia layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin onlayn platforması olan museum.az-da işıqlandırılacaq.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi