Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1211

Şuşa sevinclidir, Şuşa nikbindir!

Bugünkü Şuşa Azərbaycanın mədəniyyət paytaxtı statusunda olan bir şəhərdir. İndi hər bir azərbaycanlı, hətta bu şəhəri 28 ilyarım əsarətdə saxlayan düşmən də bilir ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı ilə işğaldan azad edilmiş Şuşa şanlı Zəfərimizə vurulan möhür idi.

Təsadüfi deyil ki, Şuşanı “qələbə”nin rəmzi adlandıran, amma nədənsə işğal illəri ərzində şəhəri, onun tikililərini, tarixi abidələrini, maddi-mədəni və dini irsini məhv və talan etməklə məşğul olan düşmən elə şəhərin öz sahibləri tərəfindən azad olunmasından bir gün sonra özünün 30 illik işğalçılıq siyasətinə son qoyan kapitulyasiya sənədinə imza atdı.

Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin Qarabağın bölgələrinə, xüsusən də Şuşaya bir neçə dəfə səfər etməsi, oradan səsləndirdiyi bəyanatlar, verdiyi tapşırıqlar və qısa müddətdə reallaşdırılan layihələr bir daha sübut etdi ki, bu şəhər dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Vətən müharibəsindən ötən ilyarım ərzində Şuşaya səfər edən hər bir azərbaycanlını bu şəhərdə düşmənin xalqımızın əsrlərlə yaratdığı maddi-mədəni irsə qarşı həyata keçirdiyi barbarlığı nə qədər hiddətləndirirsə, qısa müddətdə bu şəhərin başdan-başa tikinti meydançasına çevrilməsi bir o qədər sevindirir.

Şuşaya aparan Zəfər yolunun qısa müddətdə istifadəyə verilməsi, bu şəhərə ilin bütün fəsillərində rahat gediş-gəlişi təmin edəcək və nisbətən qısa olacaq ikinci yolun tikintisinin isə davam etdirilməsi, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin olunması, şəhərin Baş planının təsdiqlənməsi və plana əsasən, şəhərdə sosial infrastruktur layihələrin icrasına, tarixi abidələrin bərpasında başlanılması Qarabağın tacının tezliklə yenidən Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyini təsdiqləyir.

Tarix sübut etdi ki, heç bir azərbaycanlı Şuşanın işğalı ilə barışmadı. Bütün xalqımız hər il mayın 8-ini hüzn və dərin sarsıntı ilə keçirirdi. Bu illər ərzində Qarabağ və onun tacı olan Şuşanın azad edilməsi ümummilli məqsədə çevrildi. Nəhayət 2020-ci il noyabrın 8-də Şuşanın Azərbaycan Ordusunun əzmi, iradəsi, rəşadəti və fədakarlığı ilə işğaldan azad edilməsi xalqımız üçün əsl bayrama çevrildi.

Bugünkü Şuşa sevinclidir, nikbindir. Çünki onun çoxillik həsrətinə son qoyulub. Onun əsl sahibləri həm də bu dəfə əbədi olaraq şəhərə qayıdıblar. İndi şəhərin hər bir tikilisinə xüsusi qayğı ilə yanaşılır, onun əvvəlki görkəminə qaytarılması üçün səylər göstərilir.

Şuşada hər yanda aparılan yenidənqurma, abadlıq işləri, eləcə də şəhərdə keçirilən siyasi, mədəni tədbirlər onun inkişafının bundan sonrakı statusunun ilkin konturlarını müəyyən edir. Bütün bunlarla yanaşı, Şuşa dirçəldikcə şəhərin yalnız ictimai-siyasi və mədəni həyatı deyil, onun turizm potensialı da geniş imkanlar qazanır.

Çünki Şuşa təkcə tarixən bütün Qarabağa nəzarət üçün vacib geostrateji mövqedə yerləşən olduqca əhəmiyyətli təbii qala deyil, həm də özünün səfalı iqlimi və füsunkar təbiət gözəllikləri ilə buraya gələn hər kəsi özünə heyran edən bir şəhərdir.

Şuşanın dəniz səviyyəsindən 1750 metrdən də yüksək, sıldırım təbii yayla üzərində yerləşməsi, şəhərin özünəməxsus relyefi, landşaftı, yaz-yay aylarında gözəl havası, sərin bulaqları, Cıdır düzündən Qarabağa, xüsusən də Topxana meşəsinə açılan geniş mənzərə, sıldırım qayalardan, dibigörünməz dərələrdən axıb Şuşanın belinə gümüş kəmər kimi sarılan Qarqar çayının heyrətamiz gözəlliyi hər kəsi məftun edən təbii gözəlliklər olmaqla yanaşı, həm də bu yerləri turizm üçün əvəzsiz məkana çevirir.

Odur ki, indi Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Ötən il Prezident İlham Əliyevin Şuşaya səfəri çərçivəsində mayın 12-də “Xarıbülbül”, avqustun 29-da “Qarabağ” otellərinin yenidənqurmadan sonra açılışı, bu il isə mayın 10-da “Shusha Boutique Hotel”in təməlinin qoyulması bir daha təsdiq edir ki, bu şəhər tezliklə yalnız ictimai, siyasi, elmi, mədəni və kütləvi tədbirlərin keçiriləcəyi məkan deyil, həm də tarixi-mədəni abidələrinə və təbii gözəlliklərinə görə minlərlə yerli və xarici turistin istirahət üçün seçəcəyi istiqamətə çevriləcək.

Sözsüz ki, şəhər Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə gündən-günə dirçəldiləcək, illər ötdükcə özünün əvvəlki şöhrətini qaytaracaq və tarixi Azərbaycan şəhəri kimi Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək. Amma illər ötsə də, nəsillər dəyişsə də, Şuşanı işğaldan azad edən oğulların fədakarlığı əsl qəhrəmanlıq dastanı kimi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və onlar hər zaman böyük hörmət və ehtiramla anılacaqlar.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı