Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1101

Samirə Mustafayeva: Şuşamızda həyat yenidən canlanıb

Artıq bir neçə dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada oluram. İlk gəlişimlə son gəlişim arasında çox böyük fərq var. Yəni Şuşamızda quruculuq işləri geniş vüsət alıb və qədim qala-şəhərin siması durmadan yenilənir, dəyişir. Erməni vandallarının uçurub viran qoyduğu yerlər yenidən gülüstana çevrilir. Bir sözlə Şuşamızda həyat yenidən canlanıb.

Bu sözləri “Azad Həmfikirlər Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Samirə Mustafayeva deyib.

“Qısa vaxtda Şuşada çox dəyişikliklər baş verib. Yollar çəkilir, körpülər salınır, yeni tikililər möhtəşəmliyi ilə göz oxşayır. Son vaxtlar keçirilən silsilə tədbirlər bu yenilikləri daha da rəngarəngləşdirir. Sanki “Şuşa İli” Şuşaya yeni can verir, ruh verir. Belə tədbirlər sırasında V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının da xüsusi yeri var. Bu festival hələ 30 il bundan əvvəl keçirilmişdi. Sonralar Şuşa işğal olduqdan sonra biz onu keçirdə bilmirdik. Sevindirici haldır ki, biz artıq ikinci ildir bu festivalı gözəl Şuşamızda məhz Cıdır düzündə geniş şəkildə qeyd edirik”, -deyə Samirə Mustafayeva vurğulayıb.

Festivala qatılan ifaçıların istedadından danışan S.Mustafayeva deyib: “Etnocaz musiqisini dinlədim. Etibar Həsənli bu gün yaddaqalan çıxışı ilə dinləyicilərin qəlbini fəth etdi. Onun adını eşitsəm də üzünü birinci dəfə burada gördüm. Etibar Əsədlini Şuşada kəşf etdim, möhtəşəmdir. Sevinirəm ki, belə bir gənc bizi Azərbaycandan kənarda layiqincə təmsil edir. O, bizim gələcəyimizdir, Azərbaycanın fəxridir. Arzu edirəm ki, belə gənclərimiz çox olsun və onlar Azərbaycanı dünyanın hər yerində təmsil etsinlər, ölkəmizi tanıtsınlar.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib