Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1003

Azərbaycan Tehran Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11 may 2022-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində 33-cü Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İrandakı Səfirliyimizin dəstəyilə ölkəmiz də Tehran Beynəlxalq Kitab Sərgisində iştirak edir. 

Nəşriyyat-poliqrafiya müəssisələri, kitab mağazaları, dövlət qurumları və səfirliklər də daxil olmaqla sərgidə 13 ölkədən 1700 iştirakçı təmsil olunur. 

Stendimizdə Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına, incəsənətinə, coğrafiyasına dair 250-dən çox kitab sərgilənir, eyni zamanda Qarabağ, Vətən müharibəsi və böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yeni çap olunmuş nəşrlər nümayiş etdirilir. Xüsusi tərtibatı olan “Şuşa” kitabı və “Nizami Gəncəvi. Xəmsə” nəşri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. 

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli və əməkdaşı İslam Hüseynov tərəfindən gün ərzində Azərbaycan stendinə yaxınlaşan ziyarətçilərə ölkəmizin mədəniyyəti və ədəbiyyatı haqqında, Qarabağ həqiqətləri barədə, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə bağlı geniş məlumat verilib. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri Akif Marifli sərgi zamanı İranın müxtəlif televiziya kanallarına və kütləvi informasiya vasitələrinə milli stendimiz və iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə müsahibə verib.

Sərginin ilk günü Azərbaycan stendinə yüzdən çox ziyarətçi təşrif buyurub. 

Sərgi may ayının 21-ə kimi davam edəcək.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib