Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1267

Mərkəzi İncəsənət Məktəbinin filarmoniyada konserti keçirildi

Mayın 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) konserti keçirildi. Konsert ümummilli lider Heydər Əliyevin doğum gününə və təhsil ocağının 85 illik yubileyinə həsr olunmuşdu.

Konsertdən əvvəl mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək məktəbin kollektivini yubiley münasibətilə təbrik etdi, uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışan nazir müavini diqqətin sayəsində ölkəmizdə uşaq musiqi məktəbləri şəbəkəsinin  genişləndiyini vurğuladı. Qeyd olundu ki, istedadlı uşaqlara və gənclərə dəstək olmaq məqsədilə Prezident Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli fərmanı ilə Azərbaycan gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Bu günə kimi dövlət başçısının sərəncamları ilə 100-dən çox gəncin adı bu kitaba yazılıb və Prezident təqaüdünə layiq görülüblər. Bu istedadlı gənclər sırasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin də 7 şagirdi var.

Nazir müavini dedi ki, Prezidenti İlham Əliyevin tapşırığı ilə bu təhsil ocağı üçün 2011-ci ildə müasir tələblərə cavab verən bina tikilib istifadəyə verilib. Məktəbin peşəkar kollektivinin xidmətidir ki, şagirdlər müxtəlif respublika və beynəlxalq səviyyəli müsabiqələrdə nailiyyətlər əldə edirlər. Məzunlar respublikamızda və xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər”.

Sevda Məmmədəliyeva çıxışının sonunda mədəniyyət nazirinin müvafiq əmri ilə məktəbin gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə və 85 illik yubileyinə görə fəxri fərmanla təltif olunduğunu dedi. O, fəxri fərmanı təhsil ocağının direktoru, Əməkdar artist Əziz Qarayusifliyə təqdim etdi. Bildirdi ki,  yubiley münasibətilə məktəbin bir qrup qabaqcıl müəllimi də nazirin əmri ilə təltif edilib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev də məktəbin kollektivini təbrik etdi. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açdı. O, ulu öndərin xalqımıza qoyub getdiyi ən böyük mirasın müstəqil və suveren Azərbaycan dövləti olduğunu dedi.

Sonra məktəbin tarixi haqqında məlumat verildi. Bildirildi ki, təhsil ocağı 1937-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. İlk direktoru Q.Ştrobidler olub. 1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qarayevin adı verilib. 2006-cı ildə 11 illik musiqi məktəbi statusu alıb. Nazirlər Kabinetinin qərarına əsasən 2013-cü ildə  təhsil müəssisəsinə Mərkəzi İncəsənət Məktəbi statusu verilib. Hazırda MİM bir sıra ölkələrin musiqi məktəbləri ilə əməkdaşlıq edir.

Daha sonra Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə məktəbin şagird və müəllim heyətinin ifasında konsert proqramı təqdim edildi. Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət konsert “Çahargah” rapsodiyası” ilə başladı.

Tar, kamança, violin, qanun, fortepiano alətləri üzrə təhsil alan şagirdlərin biri-birindən maraqlı çıxışları həm ulu öndərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, həm də əlamətdar yubileyə töhfə idi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi