Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1716

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilib

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilib. Cari ilin 10 may tarixində keçirilən tədbirdə Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin başçıları və müavinləri, digər dövlət qurumunlarının məsul əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir ilk öncə Ulu Öndərin abidəsi qarşısında gülqoyma mərasimi ilə başlayıb. Daha sonra müvafiq region üzrə musiqi məktəblərinin şagirdlərinin mövzuya uyğun, eyni zamanda Qarabağ və vətənpərvərlik tematikasında hazırladığı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə çıxış edib, dahi şəxsiyyət ilə olan görüş və xatirələrini iştirakçılarla bölüşüb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli çıxışında ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə gördüyü işlər barədə məlumat verib. Sonra Kollecin direktoru Səbinə Mehdiyevanın layihə rəhbərliyi ilə lentə alınan ulu öndərin 99 illiyinə həsr olunmuş flaşmob geniş auditoriyaya eksklüziv olaraq ekran üzərindən təqdim edilib.

Proqramın bədii hissəsində Sumqayıt Musiqi Kollecinin Kamera Orkestri, Kollecin Xor kollektivi, Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinn Xor kollektivi, Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri, eyni zamanda Respublika Muğam Musabiqəsinin qalibləri zəngin proqramla çıxış ediblər.

Tədbir geniş auditoriyaya ilk dəfə təqdim olunan Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda” kompozisiyası ilə yekunlaşıb.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel