Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1271

Mədəniyyət Nazirliyi tərəfindən 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Heykəlləri qoruyaq” şüarı altında "Təmiz heykəl" adlı layihə həyata keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə 18 aprel 2022-ci il tarixində Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Heykəlləri qoruyaq” şüarı altında “Təmiz heykəl” adlı layihənin ilkin mərhələsi həyata keçirilmişdir.

Layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

Layihə çərçivəsində müasir və tarixi memarlıq nümunələrinin vəhdətində özünəməxsus gözəlliyi ilə seçilən paytaxtımızın ərazisində ucaldılmış qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarət edilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulmuşdur.

2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ildə ölkəmizin bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Məhz buna görə də, “Təmiz heykəl” adlı layihəyə Xurşidbanu Natəvanın heykəlinin yuyulması ilə start verilmişdır.

 

Layihənin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsinin Nazirliyin daim diqqət mərkəzində olduğunu vurğuladı. Tədbirdə Xurşidbanu Natəvanın heykəlinin müəllifi, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov heykəlin yaranma tarixindən bəhs etdi. Tədbirdə həmçinin Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, tarixçi Fuad Axundov, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxış edərək heykəllərə diqqətin göstərilməsinin vacibliyindən, həmçinin Xurşidbanu Natəvanın Azərbaycan mədəniyyətində və ictimai həyatında rolundan danışdılar.

Layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadə, Mikayıl Müşviq, Mehdi Hüseynzadə, Nəsimi, Fikrət Əmirov, Bülbül, Niyazi, Hacı Zeynalabdin Tağıyev, Yusuf Məmmədəliyev, Səməd Vurğuna həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” və "İstiqlal” abidələrinin, həmçinin Aleksandr Puşkin və Volfqanq Amadey Motsartın heykəlləri yuyulmuşdur.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib