Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1313

Azərbaycan Memarlar İttifaqının 85 illiyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində dekabrın 17-də Azərbaycan Memarlar İttifaqının (AMİ) 85 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Muğam Mərkəzinin foyesində “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar.

Sonra Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə qurumun tarixindən danışıb. Bildirib ki, 1934-cü ildə Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ilin mart ayında ittifaqın ilk təsis qurultayı baş tutub.

“Bu gün müstəqil Azərbaycan iqtisadi cəhətdən çox inkişaf edib. Ötən müddət ərzində paytaxtımızın siması çox dəyişib. Yeni parklar salınır, binalar tikilir, şəhər gündən-günə gözəlləşir. Bütün bunlar Prezident İlham Əliyevin diqqət və qayğısının göstəricisidir”, – deyə Elbay Qasımzadə vurğulayıb.

Ötən 85 ildə Azərbaycan memarlarının dünya memarlıq sənətinə çox gözəl əsərlər bəxş etdiyini söyləyən ittifaqın sədri qeyd edib ki, Azərbaycan memarlarının əsərləri yalnız respublikamızda deyil, dünyada da tanınır: “Keçmiş SSRİ məkanında kifayət qədər nüfuzlu mütəxəssislər kimi ad qazanan Azərbaycan memarları arasında uzun müddət ölkənin Memarlar İttifaqına rəhbərlik edən akademik Mikayıl Hüseynovun xidmətləri əvəzsizdir. O dövrdə Azərbaycandan memar ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı da məhz Mikayıl Hüseynov olub. Bu həm də Azərbaycan memarlığının beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir. Bu gün bizim istedadlı, gənc memarlarımız var və onlar bu sənəti bizdən sonra da yaşadacaqlar”.

Elbay Qasımzadə həmçinin diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Yubiley tədbirində çıxış edən mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin 17 dekabr tarixli sərəncamı ilə yüksək təltiflərə layiq görülmüş memarları təbrik edərək onlara yaradıcılıq nailiyyətləri arzulayıb.

Nazir bildirib ki, memarlıq sənəti dünyanın inkişafını göstərən bir dəyərdir. Azərbaycan memarlıq sənəti onu göstərir ki, ölkəmizdə inkişaf etmiş sivilizasiya mövcud olub. Memarın istedadı, yaradıcılıq qabiliyyəti olmazsa, yaşadığımız məkan bu qədər gözəl və rəngarəng ola bilməz. Zəngin inkişaf yolu keçən Azərbaycan memarlıq sənəti bu gün də uğurla davam edir. Ulu öndər Heydər Əliyev memarlarımıza böyük diqqət göstərirdi. Bu gün bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Bu gün Azərbaycan Memarlar İttifaqı beynəlxalq memarlar ailəsinin fəal üzvlərindən biridir.

Otuz il işğal nəticəsində ermənilər tərəfindən memarlıq nümunələrimizin yerlə yeksan edildiyini, vandalizmə məruz qaldığını bildirən Anar Kərimov deyib: “İndi qarşımızda bu memarlıq nümunələrini bərpa etmək kimi mühüm vəzifələr durur. İstərdik ki, gənc memarlar bu işdə fəal iştirak etsinlər. Ali Baş Komandan , Prezident İlham Əliyevin göstərişi ilə bu işdə həm Memarlar İttifaqı, həm də Mədəniyyət Nazirliyi olaraq bütün fəaliyyətimizi cəlb edib işğaldan azad edilmiş ərazilərimizin memarlıq görkəmini özünə qaytarmaqla əzəli yurd yerlərimizin inkişafını təmin edəcəyik”.

Çıxışının sonunda dövlət başçısının sərəncamı ilə təltif edilən memarlara bir daha xoş arzularını çatdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Azərbaycan memarlıq məktəbinin tarixi qədimlərə söykənir. Ötən əsrin 30-cu illərindən fəaliyyət göstərən Memarlıq İttifaqı Bakı şəhərinin idarəetmə orqanları ilə sıx əməkdaşlıq edib. Hazırda memarlarımız şəhərimizin gözəlləşməsində yaxından iştirak edir. Qeyd olunub ki, bu gün memarların bir qrupunun təltif edilməsi Prezidentin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, Əməkdar memar Elxan Əsədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər çıxış edənlər milli memarlığın inkişafına böyük töhfələr vermiş insanların yüksək dövlət təltiflərinə layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasimdə bir çox qurumların Azərbaycan Memarlar İttifaqına ünvanlandığı təbrik məktubları oxunub.

Tədbirdə Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin Azərbaycan Memarlar İttifaqına təbriki videoformatda təqdim olunub.

Sonra bir qrup memara ittifaqın akademik Mikayıl Hüseynovun adına xatirə medalı, “Ustad memar” peşəkarlıq şəhadətnaməsi, AMİ-nın fəxri fərmanı təqdim edilib. Həmçinin V Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin və “Gənc memarların və tələbələrin işlərindən ibarət VII Respublika müsabiqəsinin qaliblərinə mükafatlar verilib.

Tədbir konsert proqramı ilə davam edib. Qonaqlara AMİ-nin 85 illiyi ilə bağlı Azərbaycan və ingilis dillərində nəşr edilmiş kitab-albom hədiyyə olunub.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı