02.12.2021 08:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində tanınmış klarnet ifaçısı Akif Qürbətovla görüş keçirilib.
Görüşdə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, ifaçını 70 illik yubileyi münasibətilə təbrik edib, Akif Qürbətovun Azərbaycan musiqi mədəniyyətinin ölkəmizdə və onun hüdudlarından kənarda layiqli təbliğini, gənc nəslin musiqi tərbiyəsində uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində (İngiltərə, Misir, İraq, İsveçrə, Rusiya, Fransa, Türkiyə, Almaniya və b.) təmsil edən musiqiçi, 2016-cı ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.