Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1070

“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans “Abidələri xilas edən Qələbə” və “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı sessiyaları ilə öz işinə davam etdi

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Daş Salnamə Muzeyində Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirildi.

Beynəlxalq konfrans öz işinə “Abidələri xilas edən Qələbə” və “Mədəniyyətin çiçəklənməsi üçün sülh” sessiyaları ilə davam etdi.

“Abidələri xilas edən Qələbə” adlı üçüncü sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd etdi ki, işğal dövründə mənfur düşmən bütün tarixi-mədəni obyektlərimizi, yaşayış evlərini məhv edib. İndi başlıca vəzifə Qarabağımızın sosial-mədəni həyatını özünə qaytarmaqdan ibarətdir. Vətən müharibəsinin başa çatmasından bu günədək 7854 nəfər şəhid ailəsi və qazinin işlə təmin olunduğunu söyləyən nazir müavini bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini bildirdi.

Milli Məclisinin deputatı Nigar Arpadarai bildirdi ki, illərdir mənfur düşmənin lobbisini dinləyən bəzi dövlətlər bizə qarşı ikili standartlar yeridirdi. Ancaq Vətən müharibəsində əleyhimizə olan dövlətlər belə müəyyən dərəcə susdular. Çünki ədalət, beynəlxalq hüquq bizim tərəfimizdə idi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki tolerant mühitdən söz açdı. Söylədi ki, ölkəmizdə heç bir dinin mənsubu digərinə təzyiq göstərə bilməz. Bu, təkcə qanunlarımızın tələbi deyil. Həm də Azərbaycan xalqının başqa dinlərin nümayəndələrinə olan hörməti ilə bağlıdır.

Energetika nazirinin müavini Elnur Soltanov nazirlik tərəfindən Qarabağda həyata keçirilən bir sıra layihələr haqqında məlumat verdi, bu istiqamətdə işlərin davam etdirildiyini dedi. 
Milli Məclisin deputatı Kamal Cəfərov bildirdi ki, Şuşanın, bütöv Qarabağın əsl sahibi Azərbaycandır.

* * *

“Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı sonuncu sessiyada çıxış edən  Prezident Administrasiyası Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov qeyd etdi ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda mədəniyyətimizi, tarixi izlərimizi silmək istəyirdi. Onların Qarabağda törətdiyi vəhşilikləri bütün dünyaya göstərmək lazımdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirdi ki, Azərbaycan dünyada multikulturalizmin və mədəniyyətlərarası dialoqun mərkəzi olan ölkələrdən birinə çevrilib. Hətta Azərbaycan böyük humanitar məsələlərin müzakirə olunduğu mərkəzlərdəndir. 

Milli Məclisinin deputatı Vüqar İsgəndərov xalqımızın hazırda şanlı Qələbəmizin qürurunu yaşadığını dedi: “Ancaq azad olunmuş torpaqları görəndə bir tərəfdən də kədər hissi keçiririk. Düşmənin torpaqlarımızda törətdikləri insanlığa sığmayan hadisədir. Ona görə də belə tədbirlərin keçirilməsi və mədəni dəyərlərimizin təbliğ olunması vacib əhəmiyyət daşıyır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında vurğuladı ki, Azərbaycan gənci tarixi-mədəni irsimizi bilməli, bununla qürur hissi keçirməli, onları müasir texnologiyalar və sosial şəbəkələr üzərindən dünya ictimaiyyətinə çatdırmalıdır. 

Sonda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iqtisadiyyatın özünün bir mədəniyyət olduğunu bildirdi. Söylədi ki, hər bir millətin mədəniyyət portreti var: “Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan mədəniyyətinin zəfəridir. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözü Qələbənin əsasını təşkil etdi. Xalqımız, Ordumuz, bütün resurslar bu sözün ətrafında birləşərək Zəfərə nail oldu”.

Çıxışlardan sonra konfrans iştirakçıları “Azadlıqda olan abidələr” adlı fotosərgi ilə tanış oldu, konsert proqramını dinlədilər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb