Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2217

Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək

Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirov və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib. 

Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə UNESCO-nun 41-ci Baş Konfransı keçirilib. Konfrans çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib. 

Qeyd edək ki, Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi il bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır.  Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub.  Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər  siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir.

Xatırladaq ki, cari ilin noyabr ayında UNESCO səviyyəsində Azərbaycanla bağlı  əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib,  Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib, həmçinin  ölkəmiz UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib