Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
852

“Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda panel iclası

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan tədbir “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunub.

“Nizami ili” çərçivəsində təşkil olunan beynəlxalq forumun açılışından sonra günün ikinci yarısında “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel iclası keçirildi.

Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Rəhilə Qeybullayevanın moderatorluğu ilə keçən iclasda Fransanın "Musuomans en Franse" jurnalınin baş redaktoru Jan Mişel Brunun “Nizaminin fransız maarifçilik fəlsəfəsinə təsiri” adlı  məruzəsi dinlənildi. Natiq bildirdi ki, Nizami xalq konsepsiyasına dərindən bələd olan mütəfəkkir kimi sonrakı dövrlərdə bir çox dövlətlərin siyasi və mədəni baxışlarına təsir göstərib. Nizami barış və istiqlal tərəfdarı idi: “Biz Nizaminin “Xəmsə”sində bu çağırışları açıq-aydın görürük. Yalnız azad insanlar Nizami əsərlərindən ilham ala bilərlər. Biz təminatlı və intizamlı cəmiyyət yaratmaqla Nizami ideyalarına əməl etmiş olarıq. Bunun üçünsə Nizaminin təbliğ etdiyi kimi elm yeganə çıxış yoludur”.

Rusiya Milli Kitabxanası Əlyazmalar departamentinin şərqşünaslıq sektorunun müdiri Olqa Vasilyeva “Xəmsə”nin Buxara nüsxəsi” mövzusunda məruzə etdi. Bildirdi ki, Nizaminin 880 illiyi ilə əlaqədar kitabxanada şairin irsinə həsr edilmiş “Sözün sehrbazı” adlı bölmə fəaliyyətə başlayıb. Məruzəçi həmçinin Rusiya Milli Kitabxanasında qorunan 1656-cı ilə aid Buxara əlyazması olan “Xəmsə”nin özəlliklərindən, kitabda yer alan miniatürlərdən də söz açdı.

Ərzurum Atatürk Universitetinin professoru Nemət Yıldırım “Nizami Gəncəvi və “İskəndərnamə”, Kırıkkale Universitetinin professoru Adnan Kara İsmayıloğlu isə “Nizami Gəncəvinin kimliyi və Şərqin ədəbiyyat tarixi üzərində arqumentləri”  mövzularında çıxış etdilər. Qeyd olundu ki, tarix türk millətinin elə bəşəri sərvətlərini öz səhifələrində əbədiləşdirib ki, onlar öz həyatları, duruşları, fikirləri, danışıqları, əsərləri ilə dünya fırlandıqca bizə yolumuzu, istiqamətimizi göstərməkdə davam edir. Bundan əlavə, onlar itirilmiş insanlığa, səmimi olaraq həqiqəti axtaranlara bələdçi olmağa davam edəcəklər. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır.

Məruzələrdən sonra mövzular ətrafında diskussiyalar aparıldı.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib