Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1353

Bakıda son illərin ən möhtəşəm kitab sərgisindən təəssüratlar...

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 10-da yekunlaşıb.

Beş gün davam edən sərgidə 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və müxtəlif formatda 200-dən çox tədbir təşkil olunub. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.

Bəs, naşirlər bu sərgini necə dəyərləndirdi?

 

Nurman Tarık (“Parlaq imzalar” nəşriyyatı)

- Bu sərgi pandemiyadan yeni çıxmış kitab sektoru üçün gözlənilməz, maraqlı, xoş anlarla yadda qaldı. İlk dəfə idi kitab sərgisi şəhərdən kənarda keçirildiyi üçün bu qədər kütləvi axının olacağını gözləmirdik. Şənbə-bazar günləri isə sərgi zalında addım atmaqda çətinlik çəkirdik. Sərgidə bir qocaman adam stendləri gəzə-gəzə “Çox şükür, çox şükür” deyərək millətin kitaba olan marağını bu cür qiymətləndirirdi. Bu bir bayram idi. Oxucu nəşriyyat görüşü həmişə lazımdır. Bu bir motivasiyadır. Oxucuların iradlarını, təkliflərini eşidirik. Bu çox yadda qalan tədbir oldu. Sərginin təşkilatçılarına minnətdaram. Kitab sahəsində irəliləyiş var. Bütün gələn oxuculara minnətdaram, kitabın ayağına gəldilər başımızı uca elədilər.

 

Rafiq İsmayılov (“Altın kitab” nəşriyyatı):

- İstənilən sərgi müvafiq sektorun istər iqtisadi olsun istər sosial-mədəni olsun həmin sahənin güzgüsüdür. Həmin sektor hansı səviyyədədirsə, sərgi də o səviyyədə keçir. Sözsüz ki, təşkilatçılığın da böyük əhəmiyyəti var. Bu il sərgi Azərbaycanın ən böyük sərgi zalinda – Bakı Ekspo Mərkəzdə keçirildi. Naşirlər üçün geniş imkanlar yaradılmışdır. Mərkəzin şəhərdən kənar olması ilə bağlı müəyyən nigarançlıq var idi, lakin nazirlik tərəfindən avtobuslar təşkil olunmuşdu və oxucuların böyük marağı var idi. Nazirlikdə yeni rəhbərlik kitab biznesinin kitab işinin nə ilə nəfəs aldığını artıq hiss edir, görür artıq. Onun inkişafı üçün artıq strateji yollar hazırlanır.

 

Şamil Sadiq (“Hədəf nəşrləri”)

- İlk dəfə idi ki, Bakıda beynəlxalq sərgi beş gün ard-arda keçirilirdi. Hər gün insan axını daha da artırdı. Kitab bir daha göstərdi ki, heç bir biznes sektorundan geri qalmır. Bakı sərgisi gördüyüm möhtəşəm kitab sərgilərindən – Frankfurt, İstanbul, Bolonya, London kitab sərgilərindən geri qalmırdı.

Sərgi ərəfəsində hörmətli mədəniyyət nazirinn naşirlərlə görüşü oldu, fikirlərimizi və problemlərimizi bölüşə bildik. Açığı, cənab nazirin də bu və digər təkliflərə səmimi münasibət göstərməsi, dəstəkləməsi uzun illərdi, sahibsiz qalan kitabı sevindirməyə bilməzdi. Səgrinin son günlərinin adətən sönük keçəcəyini gözləyən naşirlər bu dəfə də yanıldı, şənbə-bazar tarixləri olduğu üçün sərgiyə böyük axın oldu.

Sərgidə xarici naşirlərlə yerli naşirlər üçün B2B görüşlərinin təşkil edilməsi də peşəkarlıqdan xəbər verirdi. Biz də “Hədəf nəşrləri” olaraq sərgidə iştirak edən türkiyəli naşirlərin hər birinə “xoşgəldin” paxlavası, Azərbaycan-Türkiyə bayraqları ilə rənglənmiş xarıbülbül ikonu hədiyyə etdik, söhbətlər apardıq. Ümid edirik ki, növbəti sərgiyə daha mütəşəkkil hazırlıq görüləcək, xarici yazarlar, hətta Nobel mükafatçısı yazarlar oxucularla görüşə dəvət ediləcək, daha geniş imkanlara sahib olan stendlər qurulacaq, mətkəblilərin, tələbələrin gəlişi daha yaxşı təmin ediləcək, onlara kitab almaları üçün güzəştli kart sistemi veriləcək... Bütün bunlara gördüklərimizdən sonra daha çox inanır, bütün təşkilatçılara təşəkkürümü bildirirəm.

 

Şöhrət İxtiyaroğlu (“Qədim qala” nəşriyyatı)

- Arzusunda olduğumuz belə bir möhtəşəm tədbiri reallaşdırdığı üçün Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Çox gözəldir ki, belə bir gözəl kitab bayramı ilə əhatələnmişik. Pandemiya dönəmində naşir oxucu görüşümüz, müəllif oxucu görüşü ilk idi. Çox sevindik ki, belə bir tədbir baş tutdu. Təəssüratlar çox yaxşı, çox gözəldir. Naşirlər Birliyi olaraq yaxşı addımlar atacağıq.

 

Video: https://www.youtube.com/watch?v=TJQo8pud6qY

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb