Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1389

Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının üçüncü günü kamera musiqisinə həsr olundu

Kamera və Orqan Musiqisi Zalında baş tutan “Üzeyir sənətinin gənclik sədaları”   adlı konsertin iştirakçıları müxtəlif alətlərdə ifa edən gənc solistlər oldu. “Gənclərə dəstək”layihəsi çərçivəsində keçən kamera musiqi axşamında Azərbaycan Respublikası mədəniyyət nazirinin Birinci müavini Elnur Əliyev iştirak edib, tədbir iştirakçılarını salamladı. E.Əliyev çıxışında gənc ifaçılarla aparılacaq işin xüsusi əhəmiyyətini vurğuladı:  “Bu il Azərbaycan üçün çox fərqli ildir. XIII Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının bir hissəsinin açılışının Şuşada baş tutması möhtəşəm hadisədir. Bu – cənab Ali Baş Komandanın bizə verdiyi ən böyük hədiyyədir! Gənclərimiz çox peşəkar və istedadlıdırlar. Onlar bizim gələcəyimizdirlər.  Gələcəyimiz gənclərimizdən, onların peşəkar səviyyəsindən asılı olacaq.  Biz bu gün böyük bir musiqi ənənəsinin, musiqi məktəbinin banisi Üzeyir Hacıbəyli musiqisinin varisiyik və çox istərdik ki, bu ənənələr davam etsin. Arzu edirik ki, bundan sonra da Azərbaycan ilk növbədə incəsənətini, istedadlarını tanıtsın. Təbii ki, Ü.Hacıbəyli də məhz əsas diqqətini gənc nəslin yetişdirilməsinə yetirirdi. Əsas məqsəd gələcəyi qurmaqdır”.

Daha sonra gənc ifaçılar izləyicilərə  müxtəlif nəsilləri təmsil edən Azərbaycan bəstəkarlarının – Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Elmira Nəzirova, Adil Bəbirov, Azər Dadaşov, Tofiq Bakıxanov və başqa bəstəkarların əsərlərindən ibarət proqram təqdim etdilər.

* * *

Növbəti kamera konserti Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Fəxrəddin Kərimovun rəhbrəlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solsitlər – violinist  Ümidə Abbasovanın və violonçel ifaçısı, əməkdar artist Aleksey Miltıxın iştirakilə keçdi.

Konsertin rəngarəng repertuarına Üzeyir Hacıbəylinin “Arazbarı”, Arnold Şönberqin “Noktürn”, Fikrət Əmirovun “Nizami” simfoniyasının finalı, Maks Bruxun “İsveç xalq   melodiyalarına Serenada”, Pyotr İlyiç Çaykovskinin “Noktürn” əsərləri daxil  edildi. Gənc ifaçılar, respublika və beynəlxalq müsabiqələr laureatları Lalə Əhmədova (bəstəkar) və Yusif Abbasov (bəstəkar), Ümidə Abbasova (violin), Cəlal Kərimov (bariton), Nuranə Əliyeva (piano), Nərgiz Kəngərli (piano), Aynur Abdullayeva (piano), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hidayət Sadıqbəyli (piano), Fatimə Əliyeva (piano), Xanım Quluzadə (piano) və Sevda Cəbrayılova (qanun) çıxış ediblər. Konsertmeysterlər Arzu Səfərova, Dilarə Kərimova və Svetlana Əhmədova oldu.

Bununla yanaşı, Bakıda ilk ifası həyata keçən əsərlər də oldu. Belə ki,  Antonio Salyerinin “Simfonia Venezia”,  Xoakin Turinanın “La Oracion del torero” əsərləri Bakıda premyeralarını yaşadı.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi