Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
938

Milli Konservatoriyada musiqi bayramı qeyd edildi

18 sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirildi. Milli Konservatoriyanın həyətində musiqi bayramı münasibətilə konsert proqramı təqdim olundu.

Əvvəlcə tədris ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan Milli Musiqi Gününün önəmindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, bu il musiqi bayramıölkəmizdə xüsusi ab-havada, qələbə ruhu ilə qeyd olunur, Üzeyir bəyin əsərləri Şuşada səslənir.

Mədəniyyət naziri Anar Kərimov hər il ənənəvi olaraq Milli Musiqi Günündə açılışı keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ölkəmizin, mədəniyyətimizin dünyada tanıdılmasında əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Milli Musiqi Günü və Üzeyir bəyin adını daşıyan festivalın ilk konserti bu gün onun doğma şəhərində, azad Şuşada keçirlir. Festivalın konsertləri Ağdamda, Gəncədə də təşkil ediləcək.

“Artıq biz Şuşada – mədəniyyətimiz paytaxtında “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik. Beləliklə, Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını və ölməz əsərlərini bir daha dünyaya təqdim edəcəyik” – deyə Anar Kərimov vurğuladı.

Nazir çıxışının sonunda bir daha bütün musiqisevərləri əlamətdar gün münasibətilə təbrik etdi.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında Üzeyir Hacıbəylinin musiqisinin hər zaman bizimlə olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir.

Sonra musiqi proqramı təqdim edildi. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri orkestrinin müşayəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Rəvanə Əmiraslanova və Aytən Məhərrəmovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirildi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb