17.09.2021 04:37
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlayıb.
Videoçarxın hazırlanmasının əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəyli irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.
Layihənin ideya müəllifi Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov, səs rejissoru Cavid Cavad oğlu, aranjimançısı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir. Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.