Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2045

Mədəniyyət naziri Anar Kərimovun Milli Mətbuat və Jurnalistika Günü münasibətilə müraciəti

22 iyul hər bir azərbaycanlının taleyində olduqca önəmli tarixdir. Azərbaycanda  milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. Çünki məhz 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni, parlaq səhifə açılıb.

Tarix boyu xalqımızın böyük mütəfəkkirlərinin, ədiblərinin, dövlət xadimlərinin fəaliyyətində milli məfkurənin təbliği, dilimizin, mədəni dəyərlərimizin qorunması kimi ali dəyərlər  hər zaman özünü göstərib.

Bu cəhətləri ömür yoluna sığdıran aydınlarımızdan biri də vətənpərvər ziyalı, təbiətşünas-alim Həsən bəy Zərdabidir.

146 il əvvəl 22 iyul tarixində Həsən bəy Zərdabi  min bir əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 

Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu mehriban dost münasibətilə jurnalistlərin də dərin sevgisini, güvənini qazanmışdı. Ulu öndərin bu ənənəsi bu gün  Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı mütəmadi olaraq çıxışlarında, jurnalist ictimaiyyəti ilə görüşlərində  mətbuat nümayəndələrinin söz azadlığının vacibliyini, onların fəaliyyətlərini diqqət mərkəzində saxladığını bildirir. Jurnalistlərin təklif və problemləri ilə yaxından maraqlanır. 

Təsadüfi deyil ki, mətbuat nümayəndələri cənab Prezidentimizi  jurnalistlərin dostu adlandırırlar. 

Buna misal olaraq 44 günlük Vətən müharibəsi və şanlı qələbəmizdən sonrakı dövrü xatırlatmaq istərdim. Ön cəbhədə Ali Baş Komandanın rəhbərlik etdiyi şücaətli Ordumuz, arxa cəbhədə, informasiya mübarizəsində isə zəhmətkeş jurnalistlərimiz mərdliklə vuruşmasaydı, dəmir yumruq kimi birləşib, həmrəylik nümayiş etdirməsəydi, dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq da mümkün olmayacaqdı. İşğaldan azad edilmiş doğma torpaqlarımızda vəzifə borcunu yerinə yetirərkən, şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz Məhərrəm İbrahimov və Sirac Abışov kimi qəhrəmanlarımız sadalananların bariz nümunəsidir. Bu bir daha sübut edir ki, peşəmizdən asılı olmayaraq hər birimiz müqəddəs Azərbaycanın müsəlləh əsgəriyik.

Əkinçi zəhməti, biləyinin gücü, qəlbinin hərarəti ilə milli mətbuatımızın inkişafı, sağlam gələcəyi, bölgədə sülh və təhlükəsizlik naminə informasiya toxumları səpən Zərdabi davamçılarını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bütün əməkdaşları adından ürəkdən təbrik edirik. Nazirliyimizin bütün yeniliklərini, layihə və  struktur fəaliyyətlərini qərəzsiz işıqlandırdığınıza görə  hər birinizə ürəkdən təşəkkür edirik. Sizinlə daha sıx, məhsuldar əməkdaşlığımızı davam etdirmək üçün öhdəmizə düşən vəzifəni bundan sonra da yerinə yetirəcəyimizə əmin ola bilərsiniz.

Bir daha milli mətbuat ailəsinin üzvlərini ürəkdən təbrik edir, Bütöv Azərbaycanın hər bir nöqtəsindən sədanızın  eşidilməyini arzulayıram.

Anar Kərimov

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb