Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2593

“Mədəniyyət naminə sülh” qlobal kampaniyası çərçivəsində onlayn görüş keçirilib

“Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası çərçivəsində onlayn görüş keçirilib.

Görüşdə Mədəniyyət Naziriliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri professor Mayk Hardi, Avstraliyanın Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi Peter Musaferaidis, HOPE təşkilatının qurucusu Xavyer Qonzalez, həmçinin digər şəxslər iştirak edib.

Görüşdə V. Eyvazzadə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının əsas hədəfləri, “Bakı Prosesi”, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumu mövzusunda danışdı. Qeyd etdi ki, Azərbaycan tərəfinin məqsədi regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında uğurlu dialoq və etimadın qurulması, birgə yaşamaq və bir-birinə hörmət mədəniyyətini daha da inkişaf etdirərək, milli və beynəlxalq səviyyəli davamlı tərəqqiyə nail olmaqdan ibarətdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlara geri dönəcək məcburi köçkünlərin yeni həyat şəraitinə uyğunlaşması, mədəniyyət və yaradıcılıq qabiliyyətlərinin artırılması, yaradıcı peşə və layihələrin inkişaf etdirilməsi yolunda fəaliyyət davam etdiriləcək.

Daha sonra HOPE  təşkilatının rəhbəri təşkilatın missiya və vəzifələri barədə təqdimat etdi.  

X. Qonzalez miqrant və qaçqınların təhsil, peşə vərdişlərinin formalaşdırılması haqda bir sıra vacib məsələlərdən və layihələrdən  bəhs etdi.

Eyni zamanda Maykl Valmsley dini, mədəni və irsi müxtəliflik sahəsində qlobal məsələləri özündə birləşdirən qlobal müxtəliflik atlasının istiqamətləri barədə ətraflı məlumat verdi.

Professor Mayk Hardi son 8 ildə Azərbaycan tərəfin məsləhətçisi olduğunu vurğuladı. “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının, “Bakı Prosesi” eyni zamanda yuxarıda sadalanan bütün mühüm layihələrin uğurla davam etdiriləcəyini bildirdi.

Görüşün sonunda müzakirə olunan təşəbbüs və layihələr istiqamətində birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəlindi. 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib