Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1639

"Mədəniyyət/Culture" jurnalının yeni sayı işıq üzü görüb

Jurnalın 2021-ci ilə aid üçüncü sayı bütövlükdə ilin mədəniyyət hadisəsi olan "Xarıbülbül" Musiqi Festivalının Şuşada üç on ildən sonra yenidən baş tutmasının həm də milli özünüdərk bayramı olan festival iştirakçılarının təəssüratları ilə başlayır. 

İlin əvvəlindən başlayan "Mədəniyyətdən əbədiyyətə", "Səhnədən hərb meydanına" layihələri bu dəfə də mülki həyatdakı mədəniyyət və incəsənətlə bağlı peşə vərdişlərini hərbçi əzmi və qətiyyəti ilə əvəz edən Vətən müharibəsi şəhid, qazi və veteranlarından bəhs edir.

Vətən müharibəsindəki zəfərimizi vəsf edən, qələbə sevincini bizə yaşadanlara media töhfəsinin ifadəsi bununla bitmir - jurnalı vərəqlədikcə mövzu ilə bağlı daha bir neçə məqaləni oxuya biləcəksiniz. Bütün bu məqalələr "Qarabağ Azərbaycandır!" rubrikasında birləşib. 

"Azərbaycan Cümhuriyyəti - 103" rubrikasında növbəti dəfə Ceyhun Hacıbəylinin həyat və fəaliyyətinin indiyə qədər naməlum qalan tərəflərinə nəzər salınıb.

"Ədəbiyyat" rubrikasının oxucularını Aşıq Ələsgərin 200 illik yubileyi ilində saz-söz ustadının varislərindən biri Xətai Ələsgərlə söhbət, görkəmli alim, Azərbaycan-özbək ədəbi əlaqələrinin ilk tədqiqatçılarından olan Qulamhüseyn Əliyevin Özbəkistan Respublikasında iki dildə nəşr edilən kitab haqqında rəy və digər maraqlı məqalələr gözləyir. 

"Musiqi" rubrikası görkəmli vokalçı Bülbülə həsr olunmuş məqalə və X Beynəlxalq Caz Günü ənənəsinin Azərbaycanda əks-sədası ilə səslənir.

Jurnalın "Teatr" rubrikasında Jan-Lui Barro və onun " Teatr haqqında düşüncələr" kitabınından dəyərli fikirlərin Azərbaycan dilinə tərcüməsi yer alıb.

"Memarlıq" rubrikası görkəmli memarlarımızdan biri Mikayıl Useynova həsr edilmiş maraqlı məqalədən ibarətdir. 

"Muzeylər" rubrikası Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə və Şəkidəki Şəkixanovların evinə həsr edilib. 

Jurnalda işğaldan azad edilmiş ərazilərimizdə "Ağıllı kənd" layihəsinin gerçəkləşdirilməsi də işıqlandırılıb. 

"Mədəniyyət/Culture" jurnalı həmişə olduğu kimi bu dəfə də ömrünü elmə həsr edən alimlərin və bu yola yenicə qədəm qoyan gənclərin qələm məhsullarına yer ayıraraq "Elm" rubrikasında mədəniyyətin bir neçə sahəsinə aid məqalələr  dərc etmişdir.   

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib