Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2364

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 6-da Gürcüstana səfər edib. Nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib. Nazir Anar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət və idman nazirinin birinci müavini Kaxa Sixarulidze və digər rəsmi şəxslər büstün önünə əklil və gül dəstələri düzüb, Ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

***

Gürcüstana səfəri çərçivəsində nazir Anar Kərimov jurnalistlərə müsahibə verib. O, bildirib ki, Gürcüstanda olan Azərbaycan mədəniyyət ocaqları ilə bağlı məsələ diqqət mərkəzində olacaq. Nazir həmçinin qeyd edib ki, bir sıra rəsmi görüşlərdə Azərbaycanın tarixi və mədəni irsinin Gürcüstan hökuməti tərəfindən qorunması və qayğı göstərilməsi məsələsi də qaldırılacaq.

Anar Kərimov Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin vəziyyəti ilə də tanış olacağını da bildirib.

"Azərbaycanın tarixi və mədəniyyətinə aid abidələrin qorunması məsələsi Gürcüstan tərəfi ilə gündəmdə saxlanılacaq"- deyə nazir vurğulayıb.

Nazir qonşu ölkəyə səfəri çərçivəsində muzeylərarası, kino, mədəni irsin qorunması sahəsində əməkdaşlıq  məsələlərinin də nəzərdən keçiriləcəyini bildirib.

A.Kərimov səfər çərçivəsində Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrə də baş çəkəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

***

Səfər çərçivəsində nümayəndə heyəti Kür çayının sahilindəki Heydər Əliyev Memorialını ziyarət ediblər. Ümummilli liderin xatirə lövhəsinin qarşısına gül dəstəsi qoyublar.

Elə həmin gün nazir Anar Kərimov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qəhrəmanlar Meydanında olublar. Gürcüstanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb, abidə önünə əkili qoyulub.

***

 Anar Kərimov Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

Görüşdə Azərbaycanın və Gürcüstanın paytaxt şəhərləri və bölgələri arasında əməkdaşlıq əlaqələri, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi, mədəni həyatındakı rolu və digər məsələlər diqqət mərkəzində olub.

Kaxa Kaladze Azərbaycanın mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyətinin Gürcüstana səfərinin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nazir Anar Kərimov ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, paytaxt şəhərlər və bölgələr arasında əməkdaşlığın genişlənməsinin xalqlarımızın rifahının yüksəlməsinə və ümumi sosial inkişafa xidmət edəcəyini bildirib.

Görüşdə Azərbaycanın Gürücstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb