Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4441

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.  

Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib.

1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gənclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

İqtisad üzrə fəlsəfə doktorudur.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 

***

 

Nazir Anar Kərimovun digər əmrinə əsasən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Şahin Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (bakalavr), 2008-ci ildə Bakı Dövlət Universitetinin (magistr) “Tarix” fakültəsini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub.

2019-cu ildən, həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Dörd elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır.

Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi