Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2532

Tanınmış alim və mədəniyyət xadimi Adilxan Bayramov vəfat edib

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış mədəniyyət xadimi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov 2021-ci il aprelin 14-də, 72 yaşında vəfat edib.

Adilxan Bayramov 1949-cu il fevralın 19-da Gürcüstanın Marneuli rayonunun (Borçalı mahalı) Sadaxlı kəndində anadan olub. 1966-cı illərdə Sadaxlı kənd orta məktəbini bitirib. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1979-cu ildə Səməd Vurğunun Ev-Muzeyində elmi işçi olaraq başlayıb. 1980-2006-cı illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışıb. 2007-ci ildən 2018-ci ilədək Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin (indiki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi) direktor müavini vəzifəsində işləyib. Uzun illər nazirliyin Ekspert komissiyasının üzvü olub.

Ömrünün 40 ilə yaxın bir dövrünü mədəni irsimizin qorunması və təbliği sahəsinə həsr edən alim beynəlxalq elmi konfrans və seminarların, respublika festival və baxış-müsabiqələrinin, sərgilərin təşkilində, yeni mədəniyyət müəssisələrinin, o cümlədən tarix-diyarşünaslıq və xatirə muzeylərinin yaradılmasında fəal iştirak edib. Adilxan Bayramov mədəniyyətşünaslığın nəzəri məsələləri – muzey işi, teatr sənəti, təsviri incəsənət, Azərbaycan xalçası, habelə etnoqrafiya ilə bağlı diqqətəlayiq araşdırmalar aparıb. “Yaşayan ömür”, “Vurğun ocağı”, “Heydər Əliyev və muzeylərimiz”, “Tariximiz, yaddaşımız, sərvətimiz” və s. kitabların, “Ədəbi-xatirə muzeyləri”, “Tarix-diyarşünaslıq muzeyləri”, “Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)” adlı metodiki vəsaitləri və bu mövzularda çoxsaylı elmi məqalələrin müəllifidir.

1990-cı ildə “Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu” mövzusunda namizədlik (fəlsəfə doktoru), 2007-ci ildə “Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. O,  həmçinin Azərbaycan və rus dillərində nəşr olunmuş “Üzeyir Hacıbəyov ensiklopediyası”nın müəlliflərindən biri olub.

Adilxan Bayramov Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi Rəyasət heyətinin, “Qarapapaqlar” (Gürcüstan) dərgisinin redaksiya heyətinin üzvü idi.

Adilxan Bayramovun işıqlı xatirəsi elm və mədəniyyət ictimaiyyətinin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı