Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2969

“Novruz naxışları” sərgisi açılıb

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirildi.

Qonaqları salamlayan muzeyin direktoru Şirin Məlikova pandemiya dövründə uzun fasilədən sonra karantin qaydalarına uyğun olaraq təşkil edilən sərgi haqqında məlumat verdi, sərgidə rəssamın Novruz adət-ənənələrini və motivlərini özündə əks etdirən 30-dan çox əsəri nümayiş olunduğunu bildirdi.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova bildirdi ki, xalqımızın əsas bayramlarından biri olan Novruz rəssamın yaradıcılığında əsas mövzulardan birini təşkil edir: “Arif Hüseynovun yaradıcılığına bələd olanlar bilirlər ki, o, milli üslubda olan mövzuları sənətsevərlərə özünəməxsus, düşündürücü tərzdə çatdırır. Bu əsərlərdə millilik, baharın gəlişi, təbiətin oyanışının təsviri ilə yanaşı, biz həm də miniatür sənətimizin tarixini, kompozisiyalara fərqli yanaşmaları görürük. Bu əsərlərdə bir-birindən maraqlı süjetlər elə harmonik şəkildə əlaqələndirilir ki, burada ustalıq ön plana çıxır”.

F.Acalova çıxışının sonunda Mədəniyyət Nazirliyi adından bahar əhvallı sərginin təşkilinə görə təşəkkürünü bildirdi, tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Arif Hüseynovun yaradıcılığının xüsusiyyətlərindən danışaraq rəssamı təbrik etdilər.

Vurğulandı ki,  sərgidə rəssamın Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən, eləcə də xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tabloları nümayiş olunur. Arif Hüseynovun ənənə və müasirliyin harmonik birliyi əsasında işlənmiş “Novruz”, “Novruz çiçəkləri”, “Novruz nağılları” və s. silsilə əsərlərində miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyətləri ilə səciyyələnir.

Sonda çıxış edən Arif Hüseynov sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə etdi.

Qeyd edək ki, aprelin 16-dək davam edəcək sərgi çərçivəsində müxtəlif ustad dərsləri, rəssamla görüş və digər tədbirlər təşkil olunacaq.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib