Tarix sübut edir ki, yüksək mədəniyyətə malik xalq öz inkişafı yolunda müasir dövrün, zamanın yeni çağırışlarına da layiqli şəkildə cavab verməyə və irəliyə doğru inamla addımlamağa qadirdir. Bu baxımdan mədəniyyətin qorunub saxlanılması, inkişaf etdirilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi xalqın, dövlətin ümumi tərəqqisi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mədəniyyət Nazirliyi “Mədəniyyətimizin simaları” layihəsini təqdim edir. Layihə çərçivəsində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan, Azərbaycan mədəniyyətinin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan sənətkarların həyat və yaradıcılığına dair qısa videoçarxlar təqdim olunacaq.
Bugünkü videoçarx Xalq şairi Süleyman Rüstəmin (1906-1989) anadan olmasının 115 illiyinə həsr olunub.