Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2115

Mədəniyyət naziri Ankarada görüşlər keçirib, Prezident Kitabxanasını ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir. Martın 2-də mədəniyyət naziri Ankarada dövlət rəsmiləri ilə görüşlər keçirib.

Mədəniyyət naziri Anar Kərimovun Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşündə iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi irs və dəyərlərimizin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yalçın Topçu 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər, habelə bütün dünyaya nümayiş etdirilən əzm və mübarizliyə görə Azərbaycan xalqına təbriklərini ifadə edib. Bildirib ki, müharibənin ilk günündən etibarən qardaş ölkə dəstək verən Türkiyə, müharibədən sonrakı dövrdə də və ümumilikdə hər zaman Azərbaycanın yanındadır.

Nazir Anar Kərimov Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövləti və xalqının Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq, bu birlik və əməkdaşlığın mədəniyyət sahəsində də davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı saxtalaşdırma və mənimsəmə siyasətinin hələ də davam etdiyini bildirən Anar Kərimov tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkələrimizin birgə səylərinin artırılmasının bu mübarizəyə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana, habelə cəbhə bölgəsi ərazilərinə dəfələrlə səfər etdiyini bildirən Yalçın Topçu Ermənistanın müharibə müddətində hərbi əməliyyatların aparıldığı ərazilərdən kənarda olan yaşayış məntəqələrini, məqsədli şəkildə hədəfə almasını, dinc əhalini qətlə yetirməsini, evləri, mülki infrastruktur obyektlərini dağıtmasını kədər hissi ilə xatırlayaraq, Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyib.

*     *     *

Mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Emrullah İşlər arasında görüş keçirilib.

İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi parlaq qələbə münasibətilə təbriklərini ifadə edən Emrullah İşlər bu haqq savaşında Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığın və Azərbaycan əsgərinin rəşadətinin Türkiyə cəmiyyətində böyük qürur hissi ilə qarşılandığını diqqətə çatdırıb. O, nümayəndə heyətinin Türkiyəyə səfərinin əhəmiyyətini vurğulayaraq,  bu səfərin əlaqələrin inkişafına və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini deyib.

Nazir Anar Kərimov Türkiyə Böyük Millət Məclisində olmasından məmnunluğunu  ifadə edərək Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Türkiyə və Azərbaycanın müvafiq qurumları, həmçinin xalqlarımız arasında dünyaya nümunə olan birlik və həmrəyliyin bundan sonra daha da gücləndirilməsinin vacibliyi  qeyd edilib.

Görüşün sonunda nazir Qarabağ mədəniyyətini əks etdirən kitabları Emrullah İşlərə təqdim edib.

*     *     *

Mədəniyyət naziri martın 2-də Ankarada Türkiyə Prezident Kitabxanasını da ziyarət edib.

Nazirə kitabxananın tarixi və müasir dövrün tələblərinə uyğun qurulan fəaliyyəti barədə məlumat verilib. Anar Kərimov kitabxanada Türkiyə Cümhuriyyətinin qurulması tarixindən bəhs edən sərgi ilə tanış olub.

Kitabxana və sərgi barədə təqdimata görə təşəkkürünü bildirən mədəniyyət naziri ölkəmiz, o cümlədən Qarabağ haqqında kitabları Türkiyə Prezident Kitabxanasına hədiyyə edib.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!