Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2194

“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu

2021-ci il Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin nəşrə başlamasının 30-cu ildönümüdür. Müstəqil Azərbaycanın yaşıdı olan qəzet ötən dövrdə zəngin inkişaf yolu keçib və ölkənin kütləvi informasiya vasitələri arasında, müasir mətbuat tariximizdə özünə layiqli yer tutub. Bu illər ərzində qəzetin nəşr formatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır.

İlk sayı 1991-ci ilin yanvarında işıq üzü görən qəzetin səhifələrində son 30 ildə mədəniyyət tariximizin salnaməsi əks olunub. Bu salnamənin böyük bir hissəsini eyni zamanda elektron formatda izləmək mümkündür. Qəzetin internet saytı (www.medeniyyet.az) hazırda ölkəmizdə mədəniyyətlə bağlı zəngin elektron resursdur. Ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, “Kitab”, “Afişa” əlavələri də nəşr olunub.

Nəşr ömrünün 30 yaşa çatması “Mədəniyyət”in redaksiyasında uzun illər çalışan, eləcə də burada nisbətən yeni fəaliyyətə başlayan hər bir əməkdaş üçün əlamətdar hadisədir.

Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri vəzifəsini icra edən Məhəmməd Həmzəyev fevralın 4-də “Mədəniyyət” qəzetinin redaksiyasında olub, mədəniyyət naziri Anar Kərimovun təbriklərini kollektivə çatdırıblar. Məryəm Qafarzadə bildirib ki, nazirin müvafiq əmrinə əsasən, redaksiyanın kollektivi əlamətdar yubiley münasibətilə mükafatlandırılıb və təşəkkürnamələrlə təltif olunub.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın öz tarixinin şanlı səhifəsinə qədəm qoyduğu bir vaxtda mədəniyyətin idarə olunması, mədəni inkişafın günün tələbləri səviyyəsində qurulması vacibdir. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən həm forma, həm də məzmunu ehtiva edən islahatlara başlanılıb və bu, informasiya və kommunikasiya sahəsində də  qarşıya  yeni vəzifələr qoyur. Qarabağa “Böyük Qayıdış” proqramına başlanılması, ölkə Prezidenti tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Nizami Gəncəvi İli”nin elan olunması 2021-ci ilin mədəniyyət sahəsi üçün çox zəngin olacağını deməyə əsas verir. Bu işdə mətbuatın, kütləvi informasiya vasitələrinin də üzərinə önəmli məsuliyyət düşür. “Mədəniyyət” qəzetinin indiyədək bu xüsusda mühüm rolu olduğunu qeyd edən M.Qafarzadə əmin olduğunu bildirib ki, qəzet bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. Şöbə müdiri yubiley münasibətilə kollektivi təbrik edərək, qəzetə yeni uğurlar arzulayıb.

Sonra qəzetin əməkdaşlarına nazirliyin təşəkkürnamələri təqdim olunub.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev kollektiv adından Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, redaksiyaya göstərilən diqqət, qəzetin fəaliyyətinə verilən qiymət kollektiv üçün təşviq, stimul olmaqla bərabər, eyni zamanda daha böyük məsuliyyətdir. 2020-ci ilin şanlı zəfərindən sonra Azərbaycanın tarixində başlanan yeni dövr mədəniyyətimiz üçün də yeni inkişaf, intibah deməkdir və biz də bu yolda, kiçik də olsa, öz töhfəmizi verməyə davam edəcəyik.

Sonda qəzetin kollektivi ilə xatirə fotosu çəkdirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb