Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
588

Mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov dekabrın 18-də mədəniyyət xadimləri ilə videokonfrans formatında görüş keçirdi. Görüşdə Vətən müharibəsi dövründə mədəniyyət sahəsində həyata keçirilən layihə və tədbirlər barədə söz açıldı, Qarabağa qayıdış, işğaldan azad olunan torpaqlarda mədəniyyət infrastrukturunun yaradılması ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Videokonfrans iştirakçılarını salamlayan Anar Kərimov bir neçə ay öncə mədəniyyət xadimləri ilə bu formatda görüş keçirildiyini və aparılan müzakirələrin əhəmiyyətini vurğuladı. Ötən müddətdə tarixi hadisələrin baş verdiyini, ölkəmizin Vətən müharibəsində qalib gəldiyini deyən Anar Kərimov bu günlər ümumxalq sevincini yaşadığımız böyük zəfər münasibətilə mədəniyyət xadimlərinə təbriklərini çatdırdı. Bildirdi ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdi. Bu müharibədə qəhrəmanlıq göstərən Vətən övladları sırasında mədəniyyət işçiləri də var. Müharibədə iştirak etmiş 65 nəfər mədəniyyət işçisindən 6 nəfər şəhidlik zirvəsinə ucalıb. Vətən uğrunda canlarından keçən bu gənclər adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. 6 nəfər döyüşlərdə yaralanıb, ümumilikdə 162 nəfəri mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

Anar Kərimov bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilədi. Qeyd etdi ki, Vətən müharibəsi günlərində xalqımız, o cümlədən mədəniyyət xadimləri, yaradıcı insanlar, Ali Baş Komandanın da vurğuladığı kimi, bir yumruq kimi birləşərək öz həmrəyliyini göstərdi, müzəffər Ordumuza dəstək verdi. Mədəniyyət Nazirliyinin də bu prosesdə aktiv iştirak etdiyini deyən Anar Kərimov bildirdi ki, iki əsas istiqamətdə fəaliyyət həyata keçirilib: ölkə daxilində vətənpərvərlik ruhunun yüksəldilməsi, Qarabağla bağlı zəngin irsimizin təbliği və xaricdə bəzi dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyasına cavab verilməsi, Azərbaycan həqiqətlərinin yayılması.

Sonra Anar Kərimov Vətən müharibəsi günlərində nazirlik tərəfindən internet üzərindən, o cümlədən sosial şəbəkələr vasitəsilə həyata keçirilən və bir qismi indi də davam edən “Qarabağ – mədəniyyətimizin beşiyi”, “Ordumuz üçün yarat”. “Qarabağnamə”, “Mənim qəhrəman əsgərim” ədəbi müsabiqəsi, “Biz bərpa edəcəyik” və başqa layihələr barədə məlumat verdi. Vurğuladı ki, Qarabağın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası, insanların doğma yurdlarına qayıdışı deyil, eyni zamanda bu torpaqlara geniş anlamda mədəniyyətin qayıtması deməkdir: “Ona görə də bu yöndə layihə və aksiyalarımızı “Mədəniyyəti Qarabağa qaytarırıq” devizi ilə həyata keçiririk. Biz bu torpaqlara mədəniyyəti qaytarmaqla, oradakı tarixi-mədəni irsi bərpa etməklə dünyaya da göstərəcəyik ki, Qarabağda 30 ilə yaxın vandalizmlə, talanla məşğul olanlardan fərqli olaraq, bu yerlərin əsl və əzəli sahibi kimlərdir”.

Anar Kərimov diqqətə çatdırdı ki, bu günlər bəzi ölkələrdə, beynəlxalq dairələrdə guya Qarabağdakı xristian irsinin məhv edilməsi ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır: “Bu çirkin kampaniyaya cavab olaraq “Xristian irsimizi tanıyaq” adlı layihəyə başladıq. Təkcə Qarabağda deyil, bütün Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələrlə bağlı hazırlanan videoçarxlar geniş rezonans doğurub. Bir sıra xarici KİV-lərdən bu mövzuda bizə müraciətlər də olub”.

Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən bu xüsusda ABŞ-dakı Metropolitan İncəsənət Muzeyinin, Fransanın, Rusiyanın bir qrup mədəniyyət xadiminin qərəzli mövqeyi ilə bəyanatlar verilib. Bundan əlavə, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, dinc insanları qətlə yetirməsi, eləcə də azad olunmuş ərazilərdə aparılan ilkin monitorinq nəticəsində üzə çıxan faktlar, ermənilərin Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməlləri barədə beynəlxalq təşkilatlara, 150-dən çox ölkənin mədəniyyət nazirlərinə müraciətlər göndərilib.

Bildirildi ki, ölkə başçısının müvafiq sərəncamı əsasında işğaldan azad olunmuş rayonlarda yaradılan müvəqqəti komendaturalar nəzdindəki işçi qruplarda Mədəniyyət Nazirliyinin nümayəndələri də təmsil olunur. Beş rayonda ilkin monitorinqlər zamanı 288 mədəniyyət müəssisəsi üzrə qeydiyyat aparılıb və onların demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. İlkin monitorinqlər zamanı 162 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə də baxış keçirilib. 63 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı, digərlərinin vandalizmə məruz qaldığı aşkar edilib. Hazırda monitorinq davam edir və onun nəticələri mütəmadi olaraq beynəlxalq təşkilatlara da təqdim olunacaq. Həmçinin Şuşa şəhərində ölkə başçısının müvafiq sərəncamına əsasən, mədəniyyət müəssisləri və obyektləri ilə bağlı invertarlaşdırma işləri aparılır.

“Qarabağda bizi böyük quruculuq işləri gözləyir” deyən A.Kərimov qeyd etdi ki, bu görüşün məqsədi də dövlət tərəfindən həyata keçiriləcək Böyük Qayıdış proqramında mədəniyyət xadimlərinin, müvafiq sahələr üzrə mütəxəssislərin, yaradıcı təşkilatların iştirakı, bu işə verə biləcəyimiz töhfələr barədə fikirləri dinləməkdir.

Sonra söz videokonfrans iştirakçılarına verildi. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Xalq artisti, tarzən Ramiz Quliyev, Xalq artisti Mehriban Zəki, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Quliyev, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, Əməkdar artist Tahir İmanov, memar, sənətşünas Elçin Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar artist, dirijor Əyyub Quliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Xalq artisti Xuraman Qasımova, Əməkdar artist, dirijor Fuad İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış etdilər.

Çıxışlarda belə bir ümumi fikir ifadə olundu ki, Qarabağın azad olunması uğrunda savaşda qalib gəlmişik, Vətən müharibəsi başa çatıb, amma mədəniyyət müstəvisində mücadilə davam edir. Qarabağda tarixi-mədəni irsimizi bərpa etməklə, bu torpağın əzəli sahibi kimi mədəniyyət və mənəviyyatımızı ən yüksək səviyyədə dünyaya təqdim etməklə bu mücadilədə də qalib olacağıq.

Qarabağda tarixi abidələrin bərpasına yerli və xarici mütəxəssislərin cəlb olunması, Şuşanın unikal tarixi-mədəni simasının qoruması, mədəniyyətimizin beşiyi olan şəhərdə musiqi festivallarının keçirilməsı, yenidən qurulacaq rayonlarda kitabxana fondlarının təşkili, teatr sənətinin, musiqi təhsilinin inkişafı, Qarabağda Böyük Qayıdışın kino-foto salnaməsinin yaradılması, Qarabağla bağlı mədəni aksiya və kampaniyaların daha çox xarici arenaya çıxarılması və s. məsələlərə dair təkliflər səsləndi, fikir mübadiləsi aparıldı.

Anar Kərimov səslənən bütün təkliflərin əhəmiyyətini vurğulayaraq, bır sıra məsələlərlə bağlı Mədəniyyət Nazirliyi tərəfindən görülən işlər, nəzərdə tutulan layihə və tədbirlər barədə fikirlərini bölüşdü.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli, nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov aidiyyəti sahələrlə bağlı məsələlərə dair məlumat verdilər.

Videokonfransa yekun vuran Anar Kərimov bütün iştirakçılara təşəkkürünü bildirdi və mədəniyyət xadimləri ilə aktual məsələlərə dair müxtəlif formatlı görüşlərin gələcəkdə də davam etdiriləcəyini dedi.

XƏBƏRLƏR

15.01.2021 13:47
İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı
14.01.2021 16:33
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb
13.01.2021 14:46
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13.01.2021 09:41
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmunu ilə əlaqədar müzakirələrin aparılması məqsədilə onlayn görüş keçirilib
12.01.2021 18:13
İCESCO nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib
11.01.2021 19:35
Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
11.01.2021 10:42
Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib
08.01.2021 18:13
“Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...
08.01.2021 10:08
Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşdü
07.01.2021 19:39
Nazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
06.01.2021 17:27
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
05.01.2021 12:38
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30.12.2020 18:12
"Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” startap müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirildi
29.12.2020 17:27
İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub
29.12.2020 14:34
Bakı şəhər muzeylərinin rəhbərləri ilə onlayn görüş keçirilib
28.12.2020 09:30
Əməkdar artist Almaz Mustafayeva vəfat edib
25.12.2020 18:55
Görkəmli ədib və ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi
24.12.2020 14:07
Mədəniyyət Nazirliyində kadr təyinatı
23.12.2020 16:34
Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsi ilə bağlı müraciət edir
22.12.2020 17:54
Görkəmli rejissor və kinodramaturq Həsən Seyidbəylinin xatirəsi anılıb
22.12.2020 15:04
Şəhid mədəniyyət işçilərini ehtiramla anırıq!
22.12.2020 13:02
Xalq artisti Sabir Əliyev dünyasını dəyişib
22.12.2020 11:20
Xalq artisti Səfurə İbrahimova vəfat edib
21.12.2020 09:22
Əməkdar artist Atabala Səfərov vəfat edib
18.12.2020 10:50
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı
17.12.2020 16:56
Anar Kərimov İsveç Krallığının ölkəmizdəki səfiri ilə onlayn görüş keçirdi
16.12.2020 19:44
“Miniatür sənəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
16.12.2020 19:31
“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildi
15.12.2020 17:51
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
14.12.2020 17:22
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb
14.12.2020 10:05
Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi
11.12.2020 18:42
İtaliyadan satın alınan qədim xalçalarımızın təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubiley tədbiri keçirildi