Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3036

İtaliyadan satın alınan qədim xalçalarımızın təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubiley tədbiri keçirildi

Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində İtaliyanın Sartirano yarmarkasından satın alınaraq Vətənə gətirilən xalçaların təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyinə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov açaraq Qarabağın düşmən işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı.

Mədəniyyət Nazirliyi tərəfindən satın alınan xalçalar haqqında məlumat verən Anar Kərimov bildirdi ki, İtaliyanın məşhur Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid elmi, bədii, tarixi və muzey əhəmiyyəti kəsb edən 3 ədəd unikal Azərbaycan xalçası ölkəmizə gətirilib: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması, dünya şöhrətli muzeylərdə qorunan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə geri qaytarılması istiqamətində mühüm işlər görülür. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.7. bəndinə (yüksək keyfiyyətli, bədii əhəmiyyətli, həmçinin nadir xalçaların satın alınması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi) əsasən bu xalçaların alınması xüsusilə böyük əhəmiyyət kəsb edirdi. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edildiyi bu tarixi dövrdə məhz Qarabağ xalçalarının öz vətəninə qaytarılması tariximiz və mədəniyyətimiz üçün mühüm hadisədir”.

Qeyd olundu ki, Qarabağın ən məşhur xalçalarından olan “Çələbi” xalçası Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına, “Quba” xalçası isə Milli Xalça Muzeyinə hədiyyə edilir. Qarabağ xalça qrupuna aid olan digər orijinal xalça isə Azərbaycan Milli İncəsənət Muzeyinə təhvil veriləcək.

Anar Kərimov Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi haqqında da tədbir iştirakçılarına məlumat verdi. Qeyd etdi ki, Tarix-Diyarşünaslıq Muzeyinin 40-cı ildönümünün məhz zəfər çaldığımız bu ilə təsadüf etməsi ikiqat sevincdir.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Tariyel Abbasov çıxışında vurğuladı ki, bu mədəniyyət ocağı torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı eksponatlarının böyük əksəriyyətini xilas edən yeganə muzeydir. Ümumilikdə o dövr üçün mövcud 17 mindən çox eksponatın təxminən 16 mini xilas edilib. Xilas edilən həmin eksponatlar Azərbaycan Milli İstiqlal Muzeyində yerləşdirilib.

Daha sonra Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40-cı ildönümündə muzeyin əməkdaşlarının yorulmaz fəaliyyətini, əldə etdikləri nailiyyətləri, qürbət həyatı yaşamalarına baxmayaraq, daima muzeyin kolleksiyalarının zənginləşdirilməsi üçün çalışdıqları nəzərə alınaraq, Mədəniyyət Nazirliyi tərəfindən onların hər biri pul mükafatı və fəxri fərmanla təltif edildi.

Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyinə həsr olunan videoçarx nümayiş etdirildikdən sonra muzeyin yubileyi münasibətilə hazırlanan sərgiyə baxış oldu. Qeyd edək ki, pandemiya səbəbindən sərgini virtual formatda museum.az saytı üzərindən izləmək mümkündür.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!