Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
12689

Anar Kərimov AZƏRTAC-a müsahibə verib

Müsahibənin mətni təqdim olunur:

Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illərdən bəri düşmən tapdağı altında olan Azərbaycan torpağı Qarabağı işğaldan azad etdi. Bu, bizim üçün tarixi bir qələbədir. İndi xalqımız çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda Azərbaycan bir yumruq olaraq birləşərək düşməni torpaqlarımızdan qovdu. İndi biz Qarabağımızı canlandırıb ona yeni həyat verməliyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Prezidentimizin müvafiq Fərmanına əsasən azad olunmuş torpaqlarda müvəqqəti inzibati idarəetmə komendaturaları yaradılıb ki, Mədəniyyət Nazirliyi də onların tərkibinə daxil edilib. Bu, bir daha Prezidentimizin mədəniyyət sahəsinə böyük önəm verdiyini göstərir. Mədəniyyət Nazirliyi olaraq ön cəbhədə fəaliyyət göstərməyimizdən fərəh hissi keçiririk, bu məsələyə müqəddəs bir missiya kimi baxırıq. Bildirmək istərdim ki, beş rayon üzrə fəaliyyət göstərən komendaturalarda Mədəniyyət Nazirliyinin hər rayon üzrə təhkim olunan nümayəndələri vardır. Nümayəndələr artıq öz işlərinə başlayıb. Onların missiyası azad olunmuş torpaqlarda mədəniyyət müəssisələrinin, tarixi abidələrin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təmin edilməsindən ibarətdir. Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən bu rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib. Ürəkağrısı ilə deməliyəm ki, sözügedən müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Monitorinqlər zamanı 67 tarixi abidə aşkar edilib ki, onlarda 34-ü işğalçılar tərəfindən tamamilə dağıdılıb. Həmin abidələr arasında ölkə əhəmiyyətli abidələr də var. Bunlardan Xudafərin körpüləri, Xocavənd rayonunda olan Qırmızı Alban məbədi, Hadrutda yerləşən digər Alban məbədi, Zəngilandakı Qız qalası və Məmmədbəyli kəndində olan Səkkizguşəli türbə, Füzulinin Qarğabazar kəndindəki Karvansaray, bir sıra rayonlarımızda olan XVIII əsrə aid olan məscidlərimiz. Sadaladığım bu abidələr ya dağıdılmış və ya ev heyvanları üçün tövlələrə çevrilmişdir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz bunların hamısını kəskin şəkildə qınayırıq. Bu vəhşiliklər UNESCO-nun 1954-cü və 1970-ci illərdə qəbul etdiyi konvensiyalara ziddir. Ümumilikdə qeyd etsək, erməni vandalları bu ərazilərdə azərbaycanlıların min illik yaşamasına dəlalət edən izlərin silinməsi ilə məşğul olublar. Buna mədəni terror və təmizləmə siyasəti adı vermək lazımdır. Çünki 30 il bundan qabaq ermənilər birinci etnik təmizləmə aparıb sonra isə mədəni təmizləmə ilə prosesi bitirməyə çalışıblar. Burada məqsəd, əlbəttə ki, azərbaycanlılara məxsus hər şeyin həmin ərazilərdən tamamilə silinməsi idi. Sözügedən ərazilərdə ermənilərin mənimsəmə, özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması izləri də aşkar olunub. Bu daha çox Alban məbədlərinə aid olan bir fəaliyyətdir. Dağlıq Qarabağda, Qafqaz Albaniyasına aid olan Azərbaycanın mirası sayılan çoxsaylı məbədlərimiz, kilsələrimiz ermənilər tərəfindən özününküləşdirilib. Onlar bunu həmin ərazilərə olan iddialarını gücləndirməkdən ötrü edirdilər. Təbii ki, bu belə davam edə bilməzdi. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Aşkar olunmuş bu cinayətləri də tərəfimizdən bütün dünyaya bəyan edəcəyik”, - deyə Anar Kərimov vurğulayıb.

O bildirib ki, bu vandalizm faktları aşkarlandığı andan başlayaraq, yəni müharibə gedən zamandan həm peyk, həm də mediada dərc olunmuş şəkillər vasitəsilə ermənilərin vandalizmi barədə beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya mütəmadi məlumatlar verilib: “İndi biz daha da gərgin şəraitdə işləyərək dediyim bu cinayət faktlarını aidiyyəti beynəlxalq qurumlara çatdırırıq. Artıq apardığımız ilkin monitorinqlərin nəticələrini UNESCO, ISESCO və BMT-nin Sivilizasiyalararası Alyansına təqdim etmişik. Eyni zamanda, sosial profillərimiz vasitəsilə də fəal olmağa çalışırıq. Sosial şəbəkələrdə müxtəlif kampaniyalara başlamışıq. Qarabağın mədəniyyətimizin beşiyi olması haqqında məlumatların insanlar arasında yayılması, onların bu haqda məlumatlılıq səviyyəsinin artırılması barədə addımlar atmışıq. Çoxlu sayda videoçarxlar hazırlanıb. Bu yaxınlarda “Xristian irsimizi tanıyaq” adlı sosial kampaniyaya start vermişik. Bu kampaniya ölkəmizdə əsrlərboyu qorunan qədim xristian abidələrinin cəmiyyətimiz tərəfindən tanıdılması məqsədi daşıyır. Eyni zamanda, cəmiyyətə də bir mesaj verilir ki, Azərbaycan xristian irsinə sahib çıxır, onu qoruyur və bərpa edir. Bu, belə də davam edəcək, Qarabağda da eyni siyasəti aparacağıq. Çünki beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Onlar iddia edirlər ki, Azərbaycan Qarabağda olan xristian abidələrini dağıdacaq, mədəni terror törədəcək. Ancaq biz bildiririk ki, bu tamamilə yalandır, əsassız iddialardır. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Çünki biz islam və xristian abidələri arasında fərq qoymadan bunu mədəni irsimiz hesab edirik. Bu, bizim əcdadlarımızdan qalan mirasdır və biz onları qorumalıyıq”.

Anar Kərimovun sözlərinə görə, ilk növbədə mədəni irsimizə dəymiş ziyanın beynəlxalq təşkilatlar və ekspertlərin köməyi ilə düzgün qiymətləndirilməsinə çalışılır. Bu, eyni zamanda, beynəlxalq auditoriyaya çıxışımıza səbəb olacaq. Buna görə də azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir. Onu da qeyd edim ki, məbləğ böyük olacaq, çünki abidələrin qiyməti yoxdur, onlar adi infrastruktur sayılmır. Ona görə də abidələrin qiymətləndirilməsi heç də asan olmayacaq, müəyyən meyarlar var ki, onların üzərində olacaq.

Şuşanın Qarabağın mərkəzi, Azərbaycanın ürəyi sayıldığını söyləyən A.Kərimov deyib ki, xalqımız Şuşaya uzun illər həsrətlə baxıb. Noyabrın 8-də Azərbaycan Ordusunun canı və qanı bahasına Şuşanı azad etməsi cəmiyyətimizdə böyük coşqu yaratdı. Bu da gözlənilən idi: “Biz Şuşaya öz ruhunu qaytarmalıyıq. Çünki Şuşa muğamın beşiyidir. Şuşa, eyni zamanda, xalçaçılıq məkanıdır, Şuşa bizim qədim Çövkən milli oyunudur, Şuşa bizim dahi şəxsiyyətlərimizin göz açdığı məkandır. Məhz buna görə Şuşa bizim üçün böyük bir məna kəsb edir. Təbii ki, biz oranı yenidən quracağıq. Şuşa işğaldan azad olan kimi Mədəniyyət Nazirliyi olaraq bu şəhərin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına daxil olunması ilə bağlı istəyimizi bildirdik. Hesab edirik ki, Şuşa buna layiqdir və bütün meyarlara cavab verir. Artıq ilkin mərhələni keçmişik, 2001-ci ildə Şuşa UNESCO-nun adı çəkdiyim siyahısına daxil edilmişdi. Təbii ki, bu proses asan deyil. Buna baxmayaraq, biz əzmkarıq və bunu edəcəyimizə inanırıq. Şuşa, eyni zamanda, ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanətdir. 1977-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Şuşa tarix-memarlıq qoruğu elan edilmişdir. Bu əmanəti biz qorumalı və gələcək nəsillərə ötürməliyik. Orada çoxlu dağıdılmış abidələrimiz var. Bildiyiniz kimi Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb. O həmin məqbərədir ki, Ulu Öndərimiz 1982-ci ildə onun açılışında iştirak etmişdir. Həmçinin Xurşidbanu Natəvanın evi dağıdılıb, Bülbülün ev muzeyi bərbad vəziyyətə salınıb. İndi bizim missiyamız bütün bu abidələri bərpa etməkdir”.

Müsahibənin video versiyasını izləmək üçün: Link

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb