02.10.2020 11:10
“Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində Məlik Əjdər türbəsi haqqında məlumatı təqdim edirik:
Məlik Əjdər türbəsi
Ermənistan tərəfindən işğal olunan Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır.
Onlardan tarixən qədim olanı, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi (inv. 311) kimi tanıdığı qəbirüstü abidədir. XIV əsirdə tikilən türbənin üzərində olan kitabə ərəb dilindədir. Həmin kitabə aşınmaya məruz qaldığı üçün tam olaraq oxunması mümkün olmamışdır.