Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
233

Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşdü.

Görüş zamanı bu ilin noyabr ayında keçiriləcək XIX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “fəxri qonaq ölkə” qismində iştirakı, tədbir çərçivəsində Azərbaycan xalçalarının nümayişi, rəqs ansamblının çıxışı ilə bağlı müzakirə aparıldı. Görüşdə həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin Moskvadakı heykəlinin bərpası, dekabr ayında Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 illik yubileyinin keçirilməsi, gənclər sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Görüşdə Azərbaycan və Rusiya arasında ikiillik mədəni əməkdaşlıq proqramı, habelə Ermitajda Azərbaycan zalının açılması, regionlararası əməkdaşlıq forumunun keçirilməsi, Bakı Beynəlxalq Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumunda Rusiyanın iştirakı, Rusiyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Anar Kərimov anti-Azərbaycan mövqeli erməni filminin Moskva Beynəlxalq Kinofestivalının proqramından çıxarılmasının bunun təzahürü olduğunu bildirdi.

Sonda Anar Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutaraq təcavüzkar siyasətini davam etdirdiyini, Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi zərbə vurduğunu diqqətə çatdırdı. Bu faktları nəzərə alaraq Azərbaycanın haqq işi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməsi ilə bağlı inamını ifadə etdi.

***

Anar Kərimov daha sonra Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas ilə görüşdü.

Mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən Anar Kərimov Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət etdi. Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparıldı.

Səmimi qəbula görə təşəkkürünü bildirən diplomat Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi. Bildirildi ki, gələcəkdə də birgə musiqi festivallarının, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar xalqımıza başsağlığı verildi.

Sonda Anar Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutaraq təcavüzkar siyasətini davam etdirdiyini, Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi zərbə vurduğunu diqqətə çatdırdı. Bu faktları nəzərə alaraq Azərbaycanın haqq işi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməsi ilə bağlı inamını ifadə etdi.

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb 
02.10.2020 09:10
Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub
01.10.2020 17:16
Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hücumunun qurbanı olub
01.10.2020 14:18
ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb