Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3178

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutmuşdur. Nəticədə 1 mülki şəxs həlak olmuş, 32 nəfər yaralanmış, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəymişdir.

Gəncə şəhərində dövlət qeydiyyatına alınmış 195 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin abidələrdən 1-i dünya əhəmiyyətli arxeoloji, 15-i ölkə əhəmiyyətli memarlıq, 3-ü ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə, 169-u yerli əhəmiyyətli memarlıq, 6-sı yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri, 1-i dekorativ-tətbiqi sənət nümunəsidir. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş “Köhnə Gəncə” (orta əsrlər), ölkə əhəmiyyətli memarlıq abidələri olan İmamzadə kompleksi (XVII—XIX əsrlər), Uğurlu xan və Şah Abbas karvansaraları (XVII-XVIII əsrlər), Gəncə çayının sahilində yerləşən Gəncə qalası və qala divarları (XV—XVI əsrlər) şəhərin zəngin mədəni irsindən xəbər verir.

Əsrlər boyu Böyük İpək Yolu üzərində mədəniyyət mərkəzi kimi tanınan Gəncə dünyanın mədəni irsinə dahi şair və mütəfəkkir Nizami Gəncəvi, 2013-cü ildə 900 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş görkəmli şairə Məhsəti Gəncəvi, məşhur incəsənət xadimləri, bəstəkarlar, memarlar və s. bəxş etmişdir. 2020-ci ilin 23 sentyabrında Gəncə şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə (UNESCO Global Network of Learning Cities) üzv seçilmişdir.

Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistanın növbəti dəfə mülki əhali və obyektləri, tarixi abidələri hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirmişdir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısının Gəncənin atəşə tutulması ilə bağlı məsuliyyəti nümayişkaranə şəkildə öz üzərinə götürməsi isə erməni tərəfinin riyakar siyasətinin daha bir təsdiqidir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb