Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
468

“Güllələnmiş heykəllər” ziyarət olunub

18 sentyabr - Milli Musiqi Günü münasibətilə Milli İncəsənət Muzeyinin həyətindəki “Güllələnmiş heykəllər” ziyarət olunub. Mərasimdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Anar Kərimov mərasimdə çıxış edərək bildirib ki, bir vaxtlar Şuşa şəhərində ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub: “Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycanın tarixi torpaqlarının, o cümlədən musiqi beşiyi sayılan Şuşanın işğalı nəticəsində tarixi abidələrimiz də dağıdılıb, ev-muzeyləri qarət edilib. Bu heykəllər də Ermənistanın vandalizminə məruz qalıb, satılmaq üçün Gürcüstana aparılıb. Azərbaycan hökumətinin səyləri nəticəsində həmin heykəllər 1993-cü ildə ölkəmizə qaytarılıb. Abidələrə baxarkən onların üzlərindəki güllə izlərini aydın görmək mümkündür. Buna görə bu heykəlləri “Güllələnmiş heykəllər” adlandırırıq. Bu heykəllərin üzərindəki güllə izləri bir daha ermənilərin barbar, vəhşi xislətinin sübutudur”.

Anar Kərimov çıxışının sonunda bu heykəllərin tez bir zamanda öz yerlərinə - Şuşaya qaytarılacağına və bu dahi şəxsiyyətlərin ev-muzeylərinin bərpa olunacağına inamını ifadə edib.

XƏBƏRLƏR

15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb 
02.10.2020 09:10
Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub
01.10.2020 17:16
Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hücumunun qurbanı olub
01.10.2020 14:18
ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb