Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
941

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib

Sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.  Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə danışıb. İclasda komitənin payız sessiyası üçün iş planı müzakirəyə çıxarılıb. Diqqətə çatdırılıb ki, iş planına “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri və digər məsələlər daxildir. Millət vəkili Qənirə Paşayeva komitənin fəaliyyət hesabatını təqdim etdi və Parlamentin müvafiq komitəsi ilə Nazirlik arasında hazırda çox sıx əməkdaşlığın olduğunu və bunun millət vəkillərinin təmsil etdiyi rayon, şəhər və bölgələrin sakinlərindən gələn müraciətlərin operativ həllində olduca faydalı olduğunu diqqətə çatdırdı.

Daha sonra iclasda çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr, nəzərdə tutulan islahatlar, mədəniyyətin idarə olunmasında yeni yanaşmalar, mədəni irsin qorunması və digər məsələlər barədə danışıb, millət vəkillərinin qaldırdığı ayrı-ayrı mövzularla bağlı fikirlərini bölüşüb.

Mədəniyyət sahəsinin cəmiyyətdə strateji istiqamətlərdən biri olduğunu deyən A.Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması, təbliği və ölkəmizdə mədəniyyətin müxtəlif  sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini və ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyində çalışarkən bunun bilavasitə şahidi olduğunu bildirib.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə məqsədyönlü addımların atıldığını, vəziyyətin təhlil edildiyini bildirən Anar Kərimov mədəniyyət sistemində aparılan islahatlarla bağlı xüsusi işçi qrupu formalaşdırıldığını, həmin qrupa Mədəniyyət Nazirliyinin mütəxəssisləri ilə yanaşı, bu sahəyə dərindən bələd olan yerli və xarici ekspertlər cəlb edildiyini bildirdi. Qeyd etdi ki, qısa müddət ərzində əsas islahat istiqamətləri ilə bağlı missiya sənədi hazırlanmışdır. İslahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Anar Ələkbərov və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın iştirakı ilə yaradıcı ittifaqların rəhbərləri və bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilmiş və görüş zamanı mədəniyyət sahəsində mövcud olan problemlər və gələcək planlar ətrafında fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, mədəniyyət sahəsində çalışan 40 yaxın xadimlərin iştirakı ilə onlayn formatda  müzakirələr keçirilmiş və onların mədəniyyət sahəsində aparılacaq islahatlarla bağlı rəy və təklifləri alınmışdır. Eyni zamanda, mədəniyyət sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması, sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması məqsədilə Mədəniyyət Nazirliyinin ictimaiyyətə ünvanlanmış müraciəti zamanı daxil olan 22 müxtəlif sahə üzrə (tədris, mədəniyyətimizin xarici ölkələrdə təbliği, gənc kadrlara dəstəyin gücləndirilməsi, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət sahəsində idarəetmə, mədəni irsin qorunması, kino, teatr və musiqi sahələrinin inkişafı) 200-dən çox rəy və təklif toplanmış və islahatlar paketində nəzərə alınacaqdır.

Mədəniyyət Nazirliyinin funksiyasının mədəniyyət siyasətini müəyyən edən və həyata keçirən, strateji və sistemqurucu bir qurum olduğunu vurğulayan Anar Kərimov islahatlara aşağıda göstərilən istiqamətlər üzrə başlandığını diqqətə çatdırdı:

  • Yeni Mədəniyyət strategiyasının hazırlanmasının vacibliyini bildirirək burada əsas istiqamətlər və prioritetlərin mədəniyyətin insan və cəmiyyətin inkişafında rolunun gücləndirilməsi, mədəni irsin qorunması və onun inkişafının təmin edilməsi, mədəniyyətdən yumşaq güc kimi ölkəmizin strateji məqsədləri üçün istifadə olunması.
  • Mədəniyyət sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, mədəniyyət sahəsində müasir infrastrukturun qurulması, mədəniyyətin məzmununun zənginləşdirilməsi, dayanıqlı maliyyələşmə və iqtisadi modellərin hazırlanması
  • Mədəniyyət sahəsində fəaliyyətin yeni yanaşmalarla həyata keçirilməsi, mədəniyyət sahəsinin inkişafı üçün rəqəmsallaşdırma və standartlaşdırmanın həyata keçirilməsi, bu sahədə standartların və nəzarətin təkmilləşdirilməsi, maliyyənin effektiv idarəolunması məqsədilə özəl-dövlət tərəfdaşlıq modellərinin qurulması, yaradıcı sənayenin inkişafı, fəaliyyətin səmərəliliyinin əsas göstəricisi sistemi ilə idarəetmənin və sahənin inkişafı ilə bağlı layihə yönümlü həllərin tətbiqi
  • Tarix və mədəniyyət abidələrinin vəziyyəti ilə bağlı ciddi təhlillərin aparılması, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısının konkret beynəlxalq meyarlara cavab verən formatda tərtib edilməsi, abidələrin müasir texnoloji imkanlar vasitəsilə pasportlaşdırılması, həmçinin bərpaya ehtiyacı olan abidə və qoruqların mövcud maliyyə imkanları çərçivəsində bərpasının həyata keçirilməsi, habelə bu prosesə beynəlxalq təşkilatlar və qeyri-dövlət, özəl şirkətlərin də cəlb edilməsi. Özəl sektorun bu sahəyə cəlb edilməsi üçün dövlət tərəfindən münbit şəraitin yaradılması, o cümlədən vergi güzəştlərinin tətbiq olunması. İşğal edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələrinin mövcud vəziyyəti barədə beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi, tarixi-mədəni irsimizin qorunması məsələsində dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, daha güclü effekt verən vətəndaşlar, araşdırma mərkəzləri və sosial media vasitəsilə edilən müraciətlərdən istifadə edilməsi, bununla bağlı strateji yol xəritəsi hazırlanması
  • İqtisadi modellərlə bağlı dövlətin maliyyə və administrativ yükünün azaldılması məqsədilə mövcud imkanlar çərçivəsində sahəvi publik hüquqi şəxslərin yaradılması, mədəniyyət müəssisələrində çalışan  şəxslərin əmək haqqlarının çox da yüksək səviyyədə olmadığını nəzərə alaraq, yeni iqtisadi modellərin tətbiqi ilə bu məsələnin həll olunması.

 

İclasda iştirak edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitə üzvləri Nizami Cəfərov, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərli və Ülviyyə Ağayeva tərəfindən edilən çıxışlar zamanı bölgələrə diqqətin ayrılması, gənc rəssamlar üçün emalatxanaların yaradılması, Ermənistanın işğalçı siyasət nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş zərərin hesablanması, ictimai birliklərin fəaliyyətinin canlandırılması, mədəniyyət sahəsində çalışan insanlara fəxri adların verilməsi və digər məsələlərlə bağlı məsələlər səsləndirildi.

Bu məsələlərə münasibətdə A.Kərimov fəxri adların və təqaüdlərin verilməsində yeni hüquqi mexanizmlərin hazırlanması, beynəlxalq təcrübəyə uyğun meyar və öhdəliklərin müəyyən edilməsinə zərurət olduğunu, həmçinin bu prosesin gizli səsvermə yolu ilə fəaliyyət göstərən müstəqil komissiya tərəfindən həyata keçiriləməsinin gələcəkdə sui-istifadə hallarının qarşısını almağa kömək edəcəyini bildirdi.

Həmçinin, ictimai və yaradıcı birliklərin fəaliyyətinin xalqımızın maraqlarına və mənafeyinə uyğun layihələrin icrasına yönəldilməsi və bu istiqamətdə təqdim olunan layihələrin maliyyələşdirilməsi vasitəsilə birlik və təşkilatların fəaliyyətini daha da canlandırılmasının vacibliyi qeyd etdi.

İclasda Mədəniyyət komitəsinin  payız sessiyası üzrə iş planında olan “Kinematoqrafiya haqqında” qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qanun layihəsinin daha da təkmilləşdirilməsi, müasir standartlara və strategiyaya uyğunlaşdırılması məqsədilə layihə üzərində çalışmaq üçün işçi qrupun yaradılacağı, bu işçi qrupa Mədəniyyət Nazirliyinin nümayəndələri də daxil ediləcəyi və nazirliyinin yeni strategiyasında da bu sahəyə də yer veriləcəyi bildirilib. Qeyd olunub ki, qanunun payız sessiyası çərçivəsində Mədəniyyət Komitəsində yenidən müzakirə ediləcəyi nəzərdə tutulur.

Həmçinin “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğu və  2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyi nəzərə alaraq, habelə muğam sənətinin qorunması və inkişafı məqsədilə bu qanun qəbul edilməsi təklifinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyi bildirilmişdir.

Həmçinin, iclasda qeyri-maddi mədəni irsin bütün istiqamətlərinin qorunması ilə bağlı məsələləri özündə əks etdirən qanunun olmasının zəruriliyi bildirilmiş və bu qanun işlənib hazırlanmasında Milli Məclisin Mədəniyyət Komitəsinə nazirlik tərəfindən lazımi dəstəyin göstəriləcəyi ifadə edilmişdir.

Sonda 18 sentyabr tarixinin Ü.Hacıbəyovun doğum günü olduğu və eyni zamanda ölkəmizdə  Milli musiqi günü kimi qeyd edildiyi nəzərə alaraq Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsi tərəfindən xalqımıza və bütün mədəniyyət ictimaiyyətimizə təbriklərin çatdırılması ifadə olundu.

XƏBƏRLƏR

15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb 
02.10.2020 09:10
Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub
01.10.2020 17:16
Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hücumunun qurbanı olub
01.10.2020 14:18
ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb