Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
204

Milli Kitabxana Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazasını təqdim edib

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli: Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatlar”, “Fotoqalereya”, “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor, orkestr və kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında və əsərlərinə çəkilən filmlər verilib. Resurslar tam mətni ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

XƏBƏRLƏR

15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb 
02.10.2020 09:10
Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub
01.10.2020 17:16
Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hücumunun qurbanı olub
01.10.2020 14:18
ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb