Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1457

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır

Cari ilin 27 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi tamam olur.

Özbəkistan Dövlət Film Fondunun dəstəyi ilə hazırlanan “Oltin ko'prik: Qızıl körpü” adlı sənədli film Daşkənddəki “First Art Media” şirkəti tərəfindən çəkilişləri həyata keçirilir.

Özbəkistan Dövlət Film Fondunun rəhbəri Tahir Kuçkarbekov mətbuata bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra iki ölkə arasındakı mədəni-ədəbi əlaqələrdə mühüm işlər həyata keçirilib, çoxsaylı layihələr reallaşdırılıb. O qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzi iki ölkə arasında humanitar, mədəniyyət sahəsində əlaqələri möhkəm təməllər üzərində qurub. T. Kuçkarbekov Mərkəzin ötən müddət ərzində bu istiqamətdə aparılan işləri qeyd edərək, Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı, respublikanın vilayətlərində, böyük şəhərlərində ilk dəfə olaraq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi, muğamları günlərinin təşkil edildiyini, çoxsaylı konfransların, dostluq konsertlərinin təşkil edildiyini, Azərbaycan mövzusunun Özbək mətbuatında aparıcı mövzu olduğunu, Özbək dilində isə Azərbaycan ədəbiyyatına dair xeyli nəşrlərin işıq üzü gördüyünü vurğulayıb. O, bütün bu işlərin dostluğun, əməkdaşlığın daha da möhkəmləndirdiyini qeyd edib.

Sənədli film iki ölkə arasında tarixi dostluq, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş videoçarx ilə başlayacaqdır. Musiqinin sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.

Artıq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində filmin ilk çəkilişləri aparılıb. Ekran əsərində iki xalq, iki dövlət arasında dostluq, əlaqələrin keçdiyi inkişaf yoluna nəzər salınacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin bu əlaqələrə verdiyi töhfələr işıqlandırılacaqdır.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, mərkəz iki qardaş ölkə arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə müxtəlif tədbirlər, mübadilə proqramları, təşkilatlar arasında ikitərəfli əməkdaşlığa yol açan layihələr həyata keçirir.

O, Azərbaycanın zəngin mədəniyyətinin, qədim tarixinin təbliğinin olduqca maraqlı və şərəfli iş olduğunu qeyd edərək Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Özbəkistandakı səfirliyin dəstəyi ilə gələcəkdə də çoxsaylı layihələrin, planların həyata keçiriləcəyini bildirib.

S. Abbasov AMM-nin Özbəkistanda yaşayan soydaşlarımız üçün də müqəddəs bir ocaq olduğunu qeyd edib. O, 2020-ci ildə Mərkəzin binasının açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışından sitat gətirib: “Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluq muzeyi də fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır”.

Qeyd edək ki, AMM Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il sentyabrın 27-də Özbəkistana səfəri zamanı rəsmi açılışı olub.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb