Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
981

Teatrlar yeni mövsümə sosial şəbəkələr üzərindən yayımlar, virtual tamaşa nümayişləri ilə başlayacaqlar

Teatrlar yeni mövsümə, ötən mövsümün ikinci yarısında olduğu kimi, sosial şəbəkələr üzərindən yayımlar, virtual tamaşa nümayişləri (mövcud repertuar və arxiv tamaşalarının videoyazıları) ilə başlayacaqlar.

Hələlik yeni mövsümün canlı tamaşa nümayişləri, premyeraları haqqında danışmaq tezdir: “Milli Dram Teatrı xüsusi karantin günlərində dörd ay olmaqla öz repertuarında olan, eyni zamanda cari repertuardan çıxarılan tamaşaları onlayn şəkildə təqdim etdi. Yeni mövsümdə bu işi yenə davam etdirmək niyyətindəyik. Ötən mövsümdən “Filumena Marturano” tamaşasının məşqləri yarımçıq qalmışdı. Fəaliyyətə başlayan kimi ilk işimiz həmin məşqlərin davam etdirilməsi olacaq. Bundan başqa, repertuar üzrə yeni əsərlərin hazırlanması planlaşdırılır. Ümid edirik ki, tezliklə həyat öz əvvəlki məcrasına qayıdacaq və ölkə teatrları da qapılarını tamaşaçıların üzünə aça biləcək”.

Akademik Opera və Balet Teatrı indiki şəraitdə mövsümü onlayn repertuarla açacaq. İlk nümayiş isə ənənəvi olaraq dahi Üzeyir Hacıbəylinin irsindən nümunə – bəstəkarın ölməz “Koroğlu” operası olacaq. Operasevərlər sentyabrın 19-dan etibarən teatrın rəsmi saytını və “YouTube” kanalını izləyə bilərlər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcək. Sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi qərara alınıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı da mövsümə onlayn formatda repertuar tamaşalarının nümayişi ilə başlayacaq.

Yuğ Dövlət Teatrının ədəbi-dram hissə müdiri Elçin Cəfərov diqqətə çatdırıb ki, 2020-ci il üçün təsdiqlənmiş repertuar planına əsasən, ilin əvvəlində M.Vişnekin “Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanmış “Kloun-BİZZ” tamaşasına daxili baxış keçirilmişdi, lakin karantin rejiminin tətbiqinə görə premyera təxirə salındı. Yeni mövsümdə ilk olaraq həmin tamaşanın premyerasının keçirilməsi planlaşdırılır. Bununla yanaşı, C.Məmmədquluzadənin “Çay dəsgahı” və J.P.Sartrın “Dəfn edilməmiş ölülər” əsərləri üzərində yaradıcılıq işlərinin başlanılması da nəzərdə tutulur.

Dövlət Pantomima Teatrı isə bizi festivalda iştirak xəbəri ilə sevindirdi. Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev bildirib ki, 27-ci Qahirə Beynəlxalq Eksperimental Teatr Festivalında (Misir) virtual olaraq iştirak ediblər: “Bundan əvvəl də o festivalda çıxış etmişdik. Bu dəfə 40-dan artıq ölkənin təmsil olunduğu festivalda “Maska” tamaşasını təqdim etdik. Pandemiyadan öncə biz “Yük” tamaşası üzərində çalışırdıq. Səhnə işi bitmək üzrə idi. Ona görə də karantin bitər-bitməz bu tamaşa üzərində işi davam etdirib, premyerasını reallaşdıracağıq”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da yeni mövsümə mövcud şərtlər çərçivəsində başlayacaq. Yaradıcı heyət, müvafiq sanitar qaydalara riayət etməklə, məhdud sayda iştirakla məşqlərə də başlayıb. Kollektivin yeni mövsümdə 3 yeni tamaşa hazırlamaq planı var. “Məlikməmməd” xalq nağılı əsasında fərqli səhnə yozumlu nümunə, görkəmli uşaq yazıçısı, bu il 100 illik yubileyini qeyd etdiyimiz Xanımana Əlibəylinin “Cunquş” və Hans Xristian Andersenin “Kibritsatan qız” əsərinin kukla tamaşaları nəzərdə tutulur. Ötən mövsümdə hazırlanan, lakin premyerası ertələnən “Balaca qara balıq” (Səməd Behrəngi) və “Qızıl balıq” (Aleksandr Puşkin) tamaşalarının yenidən məşqləri davam edir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi